Bakıda sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artıb
Cəmiyyət / Səhiyyə
Oxunub: 706
13 Eyl 2018 | 15:37

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin statistikası açıqlanıb.

xeberler.org Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43 220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 833 olub ki, bu rəqəmdə də artım qeydə alınıb. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 100 nəfərdən çox olub.

Qeyd edilən müddətdə ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101 098, hospitalizasiya 8 768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2 541, hospitalizasiya 2 220 olub. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.

 

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1 907, hospitalizasiya1 887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 679, hospitalizasiya 11 553 olub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.

Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13 665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1 632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1 417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.

Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

Dün, 20:52
Argentina dəmir yolu sahəsində fövqəladə vəziyyət elan edəcək
Dün, 18:46
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Dün, 18:16
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
Dün, 15:50
“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
Dün, 15:23
Müğənni uşaqları yox, uşaqlar maşını "vurubmuş"...
Dün, 14:49
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
Dün, 14:20
Bəzi məhsulların qityməti artıb - SİYAHI
Dün, 13:27
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dün, 12:58
Kim Çen İn nüvə elitasına şəhər salıb - "Sosialist sivilizasiyasından tam həzz ala bilərlər”
Dün, 11:37
Toyuq əti bahalaşacaq? – MÜHÜM AÇIQLAMA
Dün, 10:42
Murad Muradov vəfat etdi
Dün, 10:01
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Dün, 09:10
17 yaşlı qız xəstəxanada müəmmalı şəkildə ÖLDÜ
Dün, 08:45
Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur
11-05-2024, 16:39
Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL
11-05-2024, 16:15
Prezidentin festivaldakı çıxışının - Videosu
11-05-2024, 15:31
Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır
11-05-2024, 14:48
Ceyhun Bayramovun Mirzoyanla görüşünün detalları açıqlandı
11-05-2024, 13:52
Sabah şimşək çaxacaq, dolu düşəcək
11-05-2024, 12:34
Prezidentlə xanımı “Xarıbülbül” Festivalının açılışında
11-05-2024, 10:53
Gədəbəydə evin həyətində meyit tapıldı
11-05-2024, 10:31
Əli Əsədov Mixail Mişustini Rusiya hökumətinin sədri təyin olunması münasibətilə təbrik edib
11-05-2024, 10:01
NATO rəsmisi: Rusiyanın alyansa hücum imkanı yoxdur
11-05-2024, 09:04
HƏMAS: İsrailin addımları səbəbindən Qəzza danışıqları dalana dirənib
10-05-2024, 16:34
Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA
10-05-2024, 15:52
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
10-05-2024, 14:35
Tələbə olmaq istəyən subbakalavrların nəzərinə! - Qeydiyyat BAŞLADI