Məktəblərdə tədrisin keyfiyyətinə nəzarət yoxdur - Ekspert danışır
Gündəm / Təhsil
Oxunub: 185
25 Haz 2021 | 08:15
Məktəblərdə tədrisin keyfiyyətinə nəzarət yoxdur - Ekspert danışır

2020-2021-ci tədris ilində Bakı məktəblərində 20 direktorun müqaviləsinə xitam verilib. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. M.Vəliyeva vurğulayıb ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer var və Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsinə çıxarılıb.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlama verib. O qeyd edib ki, təhsil qanunvericiliyinə görə orta məktəbin məqsədi təkcə ali məktəblərə tələbə hazırlamaq deyil. Amma buna baxmayaraq orta məktəblər şagirdlərdə minimum bilik və bacarıqları formalaşdırmalıdırlar:

"Ötən il Azərbaycanda keçirilən I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 42 faizi 200-dən az bal toplayıb. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında əksini tapan məlumata görə, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 26 faizi 0-99 bal yığıb. Bundan başqa, attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edəndə görürük ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94.13 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 32.06 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Təhsil Nazirliyində hesab edirlər ki, ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri olan orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir. Çünki orada əvvəlki illərin məzunlarının da sayı var. Yəni imtahanlar zamanı orta qəbul balını müəyyənləşdirərkən buna əvvəlki illərin məzunlarının da ciddi təsirinin olduğunu nəzərə almaq lazımdır. Çünki hər il universitetə sənəd verən bütün abituriyentlər həmin ilin məzunu olmur. Əvvəlki illərin məzunlarının məzun olduqları illərə görə topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca toplanılan orta bal azalır. Yəni illər ötdükcə abituriyentin bilik və hazırlığı təbii olaraq azalır və bu da özünü imtahan nəticələrində göstərir. İllər üzrə ballara nəzər salanda aydın olur ki, müəyyən ilin abituriyentlərinin orta balı cari ilə yaxınlaşdıqca özündən əvvəlki ilin abituriyentlərinin orta balından yüksək olur".

K.Əsədov əlavə edib ki, əslində nəticələri zəif olan məktəblərə nəzər saldıqda görürük ki, onlara rəhbərlik edənlər qeyri-ixtisasın nümayəndələridir:

"Yəni "direktorluq haqqında" qanunun tələbinə görə yalnız ali pedaqoji təhsili olanlar məktəbə rəhbərlik edə bilərlər. Bu o deməkdir ki, onlar təhsili dərindən bilənlərdir. Lakin hazırda qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ixtisasdəyişmə ilə müəllimlik adını alıb direktor işləyən şəxslər var. Onlar direktorluğa Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanlarda qalib gələ bilməmələrinə baxmayaraq, hansısa yolla təyin olunublar. Hesab edirəm ki, iki il ərzində məzunları ali məktəblərə qəbul imtahanlarında uğur qazanmayan məktəb direktorları vəzifədən uzaqlaşdırılmalıdır. Onlar uzun müddətdir ki, öz qohum – tanışlarını məktəbə cəlb edib dövlət vəsaitini mənimsəyirlər. Hesab edirəm ki, bu direktorlar və nəticələri zəif olan məktəblər barəsində ciddi tədbir görmək lazımdır. Son illərin imtahan nəticələri göstərir ki, orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət yoxdur. Tədrisin keyfiyyətinə nəzarətin olmaması sonda bu kimi vəziyyətlərin ortaya çıxmasına səbəb olur".
Dün, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
Dün, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Dün, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
Dün, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
Dün, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
Dün, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
Dün, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
Dün, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
Dün, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
Dün, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
Dün, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib
2-05-2024, 11:51
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
2-05-2024, 11:12
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
2-05-2024, 10:46
Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA
2-05-2024, 09:56
Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
2-05-2024, 09:26
Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı
2-05-2024, 09:03
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt
1-05-2024, 16:27
İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar
1-05-2024, 15:37
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH
1-05-2024, 15:10
Prezident ipoteka haqqında qanunu təsdiqlədi