Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA
Gündəm / Səhiyyə
Oxunub: 863
11 Şub 2019 | 12:55
Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub.

Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu virus, adətən, hər hansı müdaxilə olmadan 7-10 günə keçir. Lakin xüsusilə uşaqlarda letal sonluqla (ölüm - red.) nəticələnən hallara da rast gəlinir.

Koksaki virusu (lat. Coxsackievirus) - mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir. Virus aseptik meningitin meydana gəlməsinin əsas səbəblərindən hesab olunur. Manifestli və ya inapparant infeksiyanın başa çatmasından sonra möhkəm tipospesifik immunitet formalaşır.

Oxu: Nazirlikdən məktəblərdə H1N1/A virusunun yayılmasına - MÜNASİBƏT
İnsanlar daha çox koksaki virusuna çirkli məhsullardan, məişət əşyalarından və sudan yoluxur. Habelə infeksiya hava-damcı yolu ilə də virus daşıyıcısından sağlam insana ötürülə bilir. Ona görə də bu virusa təkcə yoxsul ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş ölkələrdə rast gəlinə bilər.

Xəstəliyə ən həssas təbəqə yaşı 10-a qədər olan uşaqlardır. Böyüklər nadir hallarda bu virusla xəstələnir. 1997-ci ildə Malayziyada koksaki virusu epidemiyası nəticəsində 30 nəfər həyatını itirib. 2002-ci ildə bu virusun (B ştammı) yayılması ilə əlaqədar Yunanıstanda bütün məktəblər bağlanıb.

Həmin vaxt qədim Avropa ölkəsində 46 nəfər yoluxmuş və üç nəfər həyatını itirmişdi. 2007-ci ildə infeksiyaya kütləvi yoluxma halları Çinin şərq bölgəsində müşahidə olunub: 22 azyaşlı ölüb, 800 nəfər yoluxub, 200-ə yaxın uşaq xəstəxanalara yerləşdirilib.

Koksaki virusuna yoluxmuş ağız boşluğu


Dün, 15:30
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:04
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:45
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 13:56
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:22
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:51
Sabah hava belə olacaq
Dün, 11:33
Özünü asan qız son anda xilas edildi
Dün, 09:25
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:54
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:29
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:27
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 19:22
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:47
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:17
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:30
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:01
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:15
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:47
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:50
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:20
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:37
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:11
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:30
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:38
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:09
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:46
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 20:13
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir