“Tikinti şirkəti 60 mindən çox pulumu mənimsəyib, yoxa çıxıb” - NARAZILIQ!
Gündəm / Şou
Oxunub: 246
15 Eyl 2021 | 08:59
“Tikinti şirkəti 60 mindən çox pulumu mənimsəyib, yoxa çıxıb” - NARAZILIQ!

Bu fikirləri “AES” Tikinti şirkətindən şikayətçi olan Kəmalə Əsədullayeva Bizimyol.info-ya bildirib. Onun sözlərinə görə, şirkətin rəhbəri Ağayev Elnur Siyavus oğlu 60 mindən çox pulun müqabilində evi təmir etməyib.
“Mən Buzovnada Bağlar Massivi adlanan ərazidəki bağımı təmir etdirmək üçün keçən ilin oktyabr ayında “AES” tikinti şirkətinə müraciət etdim. Şikətin rəhbəri Elnur Ağayevə bildirdim ki, əlimdə nəğd pul yoxdur. Siz evi təmir edin və mən ayda 500 manatdan sizə ödəniş edim. Bu zaman onlar razı oldular və təcili başladılar təmir işlərinə.

Şirkətin rəhbəri Elnur Siyavuş oğlu Ağayev 3 mərtəbəli evin remontu üçün məndən əvvəlcə 28, daha sonra isə 35 min manat tələb etdi. Düşündüm ki, torpaq sahəmi satım və şirkətin pulunu nəğd olaraq ödəyim. Şirkət rəhbərinə bildirdim ki, bir adam tapmağa kömək etsin və torpaq sahəsini daha tez sata bilim.

Həmin şəxs dərhal adam tapıb gətirdi və 5 sot ərazini 60 minə satdıq. Elnur Ağayev alqı-satqı mərkəzindəcə həmin pulu mənim əlimdən aldı. Narahat oldum və bildirdim ki, müqavilə bağlamamısan mənimlə. Necə bu pulu verim axı sənə? O, başladı mənə deməyə ki, mən səninçün iş görürəm, bütün işçilərim sənin evindədir.

Beləcə, məni aldadıb pulu əlimdən aldı. Bir neçə gün sonra ofisinə getdim və iki müqavilə hazırladı. Müqavilələrdə də məbləğləri olduğundan az göstərdi. Mənə isə bildirdi ki, dövlətə çox vergi ödəməmək üçün bunu edir.

Pulu aldıqdan sonra yoxa çıxdılar və hələdə evimin təmirini son açatdırılmayıb. Evdə çox cüzi işlər görülüb. Onlar isə çox keyfiyyətsiz. Məcbur olub başqa usta çağırmalı olmuşam.

Hətta bu şəxs mübahisə zamanı mənim barmağımı da sındırıb. Polisə müraciət etmişəm və guya ev dustaqlığına alınıb. Bu şəxs hər yerə pul verib canını qurtarır. Buna bir "dur" deyən olmalıdır”.

Məsələyə aydınlıq gətirmək üçün şirkətin nömrələri ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs, əvvəllər Elnur Ağayevin işçisi olduğunu, lakin ona olan borcunu ödəməyidi üçün bu nömrəni onun əlindən aldığını bildirdi.

“Mən əvvəl onunla işləmişəm. 115 manat borcu qalmışdı. Həmin pulu bir ilə yaxındır ki, Elnurdan ala bilmirəm. Mən bu nömrəni götürdükdən sonra Elnurun nömrəsi bildikləri üçün bəlkə də 10 nəfər şəxs pula görə zəng vurub. Birinə 1000, birinə 800, digərinə 600 manat borcu var imiş. İşçiləri işlədib, amma pullarını verməyib”.

“AES” tikinti şirkətini rəhbəri Elnur Ağayevsə Bizimyol.info-ya bildirib ki, bunların hamısı şər, böhtandır.

“Birincisi 60 min pul alınmayıb. İkincisi isə, onun bizə 14 min borcu var.

Xanımın evi isə təmir olunub və təhvil verilib. Evin parketi, betonu, metlaxı, karidoru, mətbəxti hazır vəziyyətdə verilib.

Mən başa düşə bilmirəm ki, bu xanım niyə bu cür davranır. Əgər narazıydısa, işin əvvəlində bildirərdi. Ev təhvil veriləndən sonra yox”.
Dün, 16:05
Ali Məhkəmənin hakimi intihar etdi
Dün, 15:46
Prezident onları təltif etdi - Siyahı
Dün, 15:26
İlham Əliyev iki nazirə yeni vəzifə verdi
Dün, 15:02
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
Dün, 12:03
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
Dün, 11:19
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
Dün, 10:38
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
26-04-2024, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
26-04-2024, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
26-04-2024, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
26-04-2024, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
26-04-2024, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
26-04-2024, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
26-04-2024, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
26-04-2024, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
26-04-2024, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
26-04-2024, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
26-04-2024, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
26-04-2024, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar