Azərbaycanın Zəfəri beynəlxalq birlik tərəfindən də dəstəkləndi
Gündəm / Cəmiyyət
Oxunub: 209
28 Ock 2022 | 13:06
Azərbaycanın Zəfəri beynəlxalq birlik tərəfindən də dəstəkləndi

Cəbrayıl Cəbrayılov
ARDNŞ-nin vitse-prezidentinin müavini


44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət başçısı kimi xalq-hakimiyyət-ordu birliyinə nail olaraq düşmən üzərində tarixi qələbə qazanması beynəlxalq birlik tərəfindən də dəstəklənir. Döyüşlərin getdiyi haqq savaşında əldə etdiyimiz Qələbədən sonra bir sıra xarici KİV əməkdaşlarının ölkəmizə səfərləri, heç də təsadüfi deyildi.

Azərbaycan Prezidenti nəinki Ali Baş Komandan olaraq cəbhədə vəziyyəti nəzarətdə saxlayır, eyni zamanda, mətbuat vasitəsilə beynəlxalq aləmə bu döyüşlərin başlanma səbəblərini də açıqlayırdı. Həmin müsahibələrdə Azərbaycanın haqq işini dəstəkləməyən, Ermənistanın təcavüzkarlığına yenə də göz yuman bəzi dövlətlərin KİV-nin qərəzli suallarına tam səmimi, dolğun faktlarla cavab verən dövlətimizin başçısı bu missiyanı da uğurla yerinə yetirirdi.

Döyüşlərin ilk günündən başlayaraq qardaş Türkiyənin Azərbaycanı dəstəkləməsi, ölkəmizin tarixi ərazilərinin işğaldan azad olunması üçün daim yanında olacağını bəyan etməsi bəzi qüvvələri narahat edirdi. Həmin günlər xarici KİV tərəfindən daha çox səsləndirilən suallardan biri belə idi: “Azərbaycan nə üçün əks-hücuma keçdi?”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinin əməkdaşını da maraqlandıran həmin suala belə cavab vermişdi: “Son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır”.

Dövlətimizin başçısı ötən il BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edərkən də demişdi ki, Ermənistan yeni savaşa hazırlaşır. Bu çıxışdan üç gün sonra ermənilər tərəfindən mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutuldu. Yenə də şəhidlər verdik. Nəhayət, sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı və Vətən müharibəsi Zəfərlə nəticələndi.

Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, hadisələri nəzərdən keçirərkən belə qənaətə gəlirik ki, Ermənistanın yeni rəhbərliyi hansısa hərbi uğurla öyünmək istəyirmiş. Dövlət başçımızın da qeyd etdiyi kimi, ancaq hesablamaları çox səhv aparmışdılar, böyük xətalar törətmişdilər və bunun nəticəsində acı məğlubiyyətə uğramışdılar.

30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində birbaşa missiyası tərəflər arasında vasitəçilik olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin yarıtmaz olduğu dəfələrlə qeyd edilib, yüksək tribunalardan tənqid olunub. Həmin beynəlxalq qurumun öz üzərinə düşən missiyanı yerinə yetirmədiyi göz qabağında idi: ərazisinə təcavüz edilən Azərbaycanla işğalçı Ermənistanı “kompromis variant”a çağıran ATƏT-in Minsk qrupunun, əslində, bu məsələyə ikili standartlarla yanaşdığı açıq-aşkar görünürdü.

Əlbəttə, məsələyə digər beynəlxalq təşkilatların da laqeydliyi öz təsirini göstərmişdi: Ermənistana heç bir siyasi, iqtisadi, humanitar sanksiya tətbiq edilmədiyi üçün təcavüzkarlar özlərini “məğlubedilməz” kimi aparırdılar.

Azərbaycan Prezidenti növbəti dəfə bu məsələyə münasibətini açıq şəkildə bəyan etdi: “...Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər”.

Azərbaycan Prezidentinin münaqişənin müharibə mərhələsinə keçməmişdən öncə Ermənistana sanksiyaların tətbiq edilməsi ilə bağlı Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə dəfələrlə müraciətini xalqımız da, beynəlxalq birlik də yaxşı xatırlayır. Əlbəttə, bu savaşın qarşısını ala bilərdilər. Əgər işğalçıya sanksiyalar tətbiq edilsəydi, Ermənistan üçün böyük çətinliklər yaranacaqdı və onlar məcbur olub torpağımızdan çıxacaqdılar. Azərbaycan bütün imkanlardan istifadə etdi ki, münaqişə sülh yolu ilə həll edilsin, qan tökülməsin. Ancaq bununla bərabər, xalqımızın və dövlət başçısının ümumi fikri belə idi: biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun, öz torpağımızı azad edəcəyik. Ona görə də dəfələrlə təcavüzkarlara şans verilirdi.

Ondan sonrakı dövr də göstərdi ki, Minsk qrupu, sadəcə, bu məsələni həll etmək fikrində deyil. 44 günlük müharibə zamanı da bunu bir daha gördük. Çünki BMT-də dövlətimizə qarşı məsələni qaldıran da məhz Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi.

ATƏT-in Minsk qrupu üzvlərinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana gəlişləri zamanı dövlət başçısı bir daha onlara bildirdi ki, biz bu məsələni həll etdik - Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni qurum mövcud deyil. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışında da Azərbaycan Prezidenti bütün ölkələrə müraciət edərək bildirdi ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin. Azərbaycan ərazisində belə bir qurum yoxdur.

Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində ilk gündən sonadək ön cəbhədə döyüşən müzəffər ordumuzun yanında olduğu kimi, Azərbaycanın bu savaşdakı haqlı mövqeyini, eləcə də qalibiyyətlə məğlubiyyətin səbəblərini incəliklərinədək açıqlamaqla da düşmənə sarsıdıcı zərbələr endirirdi. Sonda Azərbaycanın Zəfəri beynəlxalq birlikdə dəstəkləndi.
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
17-04-2024, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
17-04-2024, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
17-04-2024, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
17-04-2024, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO