Mübariz Paşayev: BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ
Gündəm / Cəmiyyət / Video
Oxunub: 156
14 Şub 2023 | 11:30
Mübariz Paşayev: BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Mübariz Paşayev edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir.

AAYDA 4 sayli magistral avtomobil yollarinin istismari MMC direktoru Mübariz Paşayev 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

AAYDA 4 sayli magistral avtomobil yollarinin istismari MMC direktoru Mübariz Paşayev - Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi.

Qardaş dövlət və Azərbaycanın ən etibarlı müttəfiqi olan Türkiyə Respublikasının bir sıra ərazılərində misli görünməyən, çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olan zəlzələ dərhal ölkəmizi və xalqımızı hərəkətə keçirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, belə bir ağır məqamda dövlətimizin hər cür yardım göstərməyə hazır olduğunu bildirdı. İki lider arasında 6 fevral tarixindəki telefon danışığında Dövlət Başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində meydana gələn ağır nəticələr barədə xəbərin Azərbaycanı sarsıtdığını və kədərləndirdiyini diqqətə çəkərək, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu xüsusilə vurğulamışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da rəsmi instaqram səhifəsində paylaşım edərək, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, yaralanların və xəsarət alanların tezliklə sağalmalarını arzuladı.
Ən qısa zaman kəsiyində dövlət qurumları, ictimai təşkilatlar, özəl sektorun təmsilçiləri, bütün vətəndaşlarımız hərəkətə keçdi. Artiq 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib, fevralın 8-də yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.

Fevralın 8-də Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermiş və Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün son günə qədər lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Dövlətlərimiz isə dost-qardaş dövlətlərdir və bu münasibətlər sarsılmazdır.

Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.

Həmçinin ölkəmizdə qardaş ölkədən olan yaralıların müalicə olunması üçün xəstəxanalarda da müvafiq şərait yaradılmış, eyni zamanda Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı 8 fevral tarixdən etibarən Türkiyəyə ezam olunaraq baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Kahramanmaraşda fəaliyyətə başlamışdır. Bütün bunlar dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan və Türkiyə təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinə malikdirlər.

Qardaş Türkiyə dövləti və türk xalqı dəhşətli zəlzələ ilə əlaqədar çətin günlərdən keçir. Lakin Türkiyə dövləti güclü dövlət, türk xalqı isə böyük xalqdır. Odur ki, bu çətin günlər də geridə qalacaq və qardaş Türkiyə bu çətin sınaqdan qısa zamanda çıxacaqdır. Azərbaycan dövləti və xalqımız isə hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır.
Dün, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
Dün, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Dün, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
Dün, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
Dün, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
Dün, 12:41
Universitet müəllimi vəfat etdi
Dün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Dün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Dün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
3-05-2024, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
3-05-2024, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
3-05-2024, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
3-05-2024, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib