Cəbrayıl Xanlarov:Yaddaşlardan silinməyən faciənin ildönümü
Gündəm / Dünya
Oxunub: 97
23 Şub 2023 | 10:30
Cəbrayıl Xanlarov:Yaddaşlardan silinməyən faciənin ildönümü

Cəbrayıl Xanlarov
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar mənfur düşmənimiz tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.

XX əsr dünya tarixinin ən qəddar soyqırım aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Xocalı soyqırımı zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətini və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

Qürur verici haldır ki, 2020-ci il Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Bugün, 10:30
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
Bugün, 09:38
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bugün, 09:09
Azərbaycana qar yağır - FOTOlar
Bugün, 08:46
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
Dün, 20:13
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
Dün, 17:30
Sabah güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ
Dün, 17:06
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH
Dün, 16:25
Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Dün, 15:59
Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL
Dün, 15:39
Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR
Dün, 15:01
“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək
Dün, 14:15
Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Dün, 13:35
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ
Dün, 12:59
Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB
Dün, 12:19
MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI
Dün, 11:43
Prezidentlərin təkbətək görüşü başladı
Dün, 10:57
Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR
Dün, 10:24
Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan
Dün, 10:16
NBA-da ilk yarımfinalçı müəyyənləşib
Dün, 09:23
Hərbçimiz vəfat etdi
Dün, 09:03
Mayın 16-nın ULDUZ FALI: Çoxlu istirahət, sağlam qidalanma və...
15-05-2024, 16:53
Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı
15-05-2024, 16:36
Keçmiş bank işçisi 2 milyon ələ keçirərək ölkədən qaçıb?
15-05-2024, 16:04
Kilsəsinin başında çatlayan hərəkat: Biabır oldular, indi don geyindirirlər
15-05-2024, 15:36
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15-05-2024, 15:12
Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib
15-05-2024, 14:27
“Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”