Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir
Gündəm / Cəmiyyət
Oxunub: 82
27 Nis 2023 | 13:00
Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir


Məlum olduğu kimi, Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub.

Xeberler.org Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, onların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında Konvensiya”, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” və s. göstərmək olar. Həmin müqavilələr çərçivəsində Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının rezidentlərinin xarici ölkələrdə əldə etdikləri gəlirlər və açdıqları bank hesabları barədə məlumatları illik əsasda əldə edir. Lakin məlumatların araşdırılması zamanı Azərbaycan Respublikasının rezidentlərinin xaricdə əldə etdikləri gəlirlərinin bəyanetmə səviyyəsinin aşağı olduğu müəyyən edilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergiödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Bununla yanaşı, Vergi Məcəlləsinin müddəalarına əsasən, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər vergi orqanlarına bəyannamə verməlidirlər.

Vergi Məcəlləsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa vergiödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bugün, 16:27
İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar
Bugün, 15:37
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH
Bugün, 15:10
Prezident ipoteka haqqında qanunu təsdiqlədi
Bugün, 14:19
Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI
Bugün, 13:21
Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi
Bugün, 12:28
Vüqar Qurbanov ona vəzifə verdi
Bugün, 11:45
İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir
Bugün, 11:06
Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI
Bugün, 10:40
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Bugün, 10:01
Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"
Bugün, 09:14
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Bugün, 08:44
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Dün, 19:17
Həcc ziyarəti bu tarixdə BAŞLAYIR
Dün, 18:40
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Dün, 18:10
Vəzifəli şəxslərin siyahısı genişləndirildi
Dün, 15:31
İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb
Dün, 15:04
Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib
Dün, 13:59
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH
Dün, 13:12
Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI
Dün, 12:45
Mayın ilk gününün havası açıqlanıb
Dün, 12:19
Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək
Dün, 11:27
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA
Dün, 11:04
Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU
Dün, 10:25
Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ
Dün, 09:59
Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı
Dün, 09:20
ADNA terrorundan 15 il ötür
Dün, 08:50
Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz