Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?
Gündəm / İqtisadiyyat
Oxunub: 69
17 Ock 2024 | 11:05
Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?


Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlar "Trendyol"la bağlı narazılıqlarını dilə gətirirlər. Kiçik bizneslə məşğul olanlar, bəzi xırda sahibkarlar “Trendyol”un yerli bazarı “öldürürdüyünü” söyləyir.

Həqiqətən son dövrlərdə Azərbaycanda xaricdən geyim və digər məhsullar sifariş vermək olduqca populyarlaşıb. Məsələn, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol”dan və digər platformalardan istifadə halları artıb. Artıq insanlar arzuladıqları brend əşya və geyimləri bu platformalar vasitəsi ilə həm ucuz qiymətə, həm daha keyfiyyətli olanını təmin edə bilir.  Ötən ilin mayın 3-dən etibarən “Trendyol”dan Azərbaycana birbaşa göndərişlər başlayıb. Azərbaycan vətəndaşları sayta daxil olarkən, onlara yeni seçim imkanı təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçərək asan şəkildə sifariş verə, sifarişlərini ev adreslərinə və ya yaxınlarındakı məntəqələrdən götürə bilərlər. 
Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?

Bu platformanın Azərbaycan bazarına daxil olması istehlakçıların xoşuna gəlsə də, satıcıları narahat edir. Kiçik sahibkarlar "Trendyol" kimi platformaların haqsız rəqabətə səbəb olduğunu və yerli bazarı məhv etdiyini deyirlər. İstehlakçılar isə yerli bazarda satılan geyim və digər məhsulların baha olmasından və keyfiyyətsizliyindən şikayətçidir. Onlar Azərbaycan bazarlarında alış-veriş etməkdənsə, bu ticarət platformalarından istifadəni daha üstün tutur.

Qısaca, "Trendyol" Azərbaycanda alıcıları sevindirsə də, satıcıların etirazına səbəb olub. Belə olan halda çıxış yolu nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Trendyol" kimi onlayn ticarət platformalarının vətəndaşlara rahatlıq yaratdığını bildirib:

“Demokratik ölkədə yaşayırıq. Bazar iqtisadiyyatı yolu ilə gedirik. Bütün ölkələrdə “Trendyol” və buna bənzər onlarla alış-veriş saytları var. Təbii ki, müəyyən məhdudiyyətlər xaricdə də, bizdə də mövcuddur. Bunlar olmalıdır. Adam var ki özünə kitab, ətir, ayaqqabı və başqa məhsulları sifariş etdirib alır. Biz insanların dərmanları da xarici ölkələrdən bu yolla almasının tərəfdarıyıq. Lakin təbii olaraq, qiymət və həcm kimi məsələlərdə müəyyən məhdudiyyətlər olmalıdır.

İndi necə edək? Biz deyirik ki, bazar iqtisadiyyatını inkişaf etdirək. İnsanlar üçün rahatlıq yaratmaq istəyirik. Digər yandan “Trendyol”, “Ali express” və digərlərini bağlatdırmaq istəyirik. Axı burada böyük ziddiyət var.Elələri var ki, il ərzində 3-4 dəfə onlayn sifariş verir və daha ucuz, eləcə də keyfiyyətli məhsul alır. Bu, onun üçün rahatdır".
Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?

R.Quliyev "Trendyol"un  yerli sahibkarlar üçün hansısa təhlükə yaratmadığını düşünür:

"Mənə elə gəlir ki, sözügedən onlayn ticarət şirkəti "Trendyol" yerli istehsalçı sahibkarlara heç bir problem yaratmır. Mənim "CBC" televiziyasında həftədə bir dəfə yayımlanan verilişim var. Bura yerli istehsalçı sahibkarlar qatılırlar.  Onlardan bəziləri  3-5, bəziləri isə 20 nəfər işçi çalışdırır, məhsul istehsal edib, xidmət göstərir. Onlara “Trendyol” və bunun kimi vasitəçilər heç bir mane törətmir. Bu məsələyə toxunmaq lazım deyil. Proses normal şəkildə işləməlidir".

İqtisadçı ekspert Eldəniz Əmirov elektron ticarətin qarşısıalınmaz proses olduğunu vurğulayıb:

“Ümumiyyətlə elektron ticarət qarşısıalınmaz və müsbət bir prosesdir. Gəlin prosesə nəzər yetirək. Birinci halda  Azərbaycanda fəaliyyət göstərən mağazalardan biri Türkiyədə istehsal olunan məhsulu alır və onu 100 manata satır. Digər variantda isə 100 manat ödəyən vətəndaş onlayn ticarət üzərindən həmin məhsulu 60-70 manata əldə edir.  Belə olan halda biz dükan sahibi pul qazansın deyə vətəndaşın pul itirməsini qəbul etməliyikmi? Aydın görünür ki, ikinci hal daha uğurludur. Bir daha deyirəm ki, bu elektron ticarətdir və onun qarşısını almaq mümkün deyil. Onun qarşısını almağa cəhd olduqca böyük səhvdir. Çoxluğun mənafeyi deyə bir anlayış var. Çoxluq hazırda elektron ticarətin tərəfdarıdır. Mən sahibkarlarımızı bütün istiqamətlərdə dəstəkləyən adamam. Amma söhbət 10 milyon Azərbaycan vətəndaşından gedir. Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstündür".
Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?

E.Əmirov vəziyyətdən çıxış yolu ilə bağlı da danışıb:

"Çıxış yolu kimi, hazırda yaranmış reallıq qəbul olunmalıdır. Mağaza sahibləri alternativ yollar axtarmalıdır. Nə qədər bir məhsulu satmaq olar? Məhsulu istehsal etmək, yaxud məhsulların xaricdən gəlməsi üçün digər  xidmətləri təklif etmək olar. Azərbaycan sahibkarı da “Trendyol” kimi brend yaratsın. Azərbaycan vətəndaşının pulu niyə “Trendyola” getməlidir? Təsəvvür edin ki, məhsulu istehsal edən də, onu çatdıran da türk şirkətidir. Məhsuliu istehsal edə bilmiriksə, heç olmasa belə bir şirkətin yaradılmasına cəhd etmək lazımdır. Nə vaxta qədər kiminsə istehsal etdiyi məhsul alınıb satılacaq. İstəsək də, istəməsək də  proses belədir. Elektron dünyaya doğru gedirik. Bundan qaçmaq olmayacaq. Reallığı qəbul etmək lazımdır".
Bugün, 10:12
Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb
27-04-2024, 16:05
Ali Məhkəmənin hakimi intihar etdi
27-04-2024, 15:46
Prezident onları təltif etdi - Siyahı
27-04-2024, 15:26
İlham Əliyev iki nazirə yeni vəzifə verdi
27-04-2024, 15:02
Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...
27-04-2024, 12:03
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
27-04-2024, 11:19
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
27-04-2024, 10:38
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
26-04-2024, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
26-04-2024, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
26-04-2024, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
26-04-2024, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
26-04-2024, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
26-04-2024, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
26-04-2024, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
26-04-2024, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
26-04-2024, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
26-04-2024, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
26-04-2024, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:56
General-mayor vəfat etdi
26-04-2024, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
26-04-2024, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?