Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"
Gündəm / İqtisadiyyat
Oxunub: 533
9 Ekm 2019 | 16:10
Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"



"Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur, yalnız prioritetləri düzgün müəyyənləşdirmək və siyasi meydanda bir-birimizə dəstək verməklə bu və ya digər məsələdə birgə hərəkət etmək lazımdır".

Bunu "Report"a qazaxıstanlı politoloq İslam Kurayev deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında enerji sahəsində əlaqələr tarixən uğurlu olub və ölkələr həmişə enerji məsələlərində vahid mövqedən çıxış ediblər: "Qazaxıstan və Azərbaycan, ilk növbədə, qohum ölkə, yalnız bundan sonra tərəfdaşdırlar. Buna əsaslanaraq hər hansısa bir hərəkətin gen əlaqələri prizmasından keçdiyini söyləmək olar və beləliklə, münasibətlər uğurla inkişaf edir. Bu istiqamətdə fikir ayrılığımızın yaşadığı anları xatırlaya bilmirəm".

Politoloq İslam Kurayev

"Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır".

İ.Kurayev qeyd edib ki, "Bakı-Tbilisi-Ceyhan" və Cənub Qaz Dəhlizi kimi Azərbaycan layihələri gələcəkdə Qazaxıstan üçün böyük perspektiv vəd edəcək.

"Geosiyasi baxımdan bu layihələrin həyata keçirilməsində əsas məqsəd dünya bazarlarına müstəqil enerji və logistika axını yaratmaqdır. Başlanğıc nöqtə Azərbaycan olmalıdır, Qazaxıstan isə daha sonra qoşulmalı idi. Ümumilikdə, hazırkı mərhələdə Xəzər dənizinin şelfindəki mənbələrin bölüşdürülməsi ilə əlaqədar yaranmış suallara görə Qazaxıstan kənarda qalır, lakin perspektiv olaraq bunlar möhtəşəm layihələrdir", - İ.Kurayev əlavə edib.

Ekspert vurğulayıb ki, Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır: "Bu, reklama düzgün yanaşmadır, bu, dünya təcrübəsidir. Başqa ölkələrdən faydalanmaq çətin olarsa, Azərbaycan təcrübəsini bölüşə bilər. Çünki bu, sadəcə, reklam deyil, həm də vəsaitlərin düzgün bölüşdürülməsi və rasional istifadəsidir".
Dün, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
Dün, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Dün, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
Dün, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
Dün, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
Dün, 12:41
Universitet müəllimi vəfat etdi
Dün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Dün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Dün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
3-05-2024, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
3-05-2024, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
3-05-2024, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
3-05-2024, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib