Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video
Gündəm / Sosial
Oxunub: 739
18 Ekm 2019 | 10:49
Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video

Rüşvətin bir xəstəlik olduğunu hələ o vaxt ümumilli lider mərhum Heydər Əliyev müsahibələrinin birində qeyd etmişdir. Təbii ki,hər bir dövlətdə olduğu kimi Azərbaycan respublikasında da korrupsiyaya qarşı mübarizə idarəsi fəaliyyət göstərir. Buna baxmayaraq bu çirkin əməlin qarşısını almaq,bu qurum üçün heçdə asan başa gəlmir. Bu cür iyrənc əməllər,bir çox hallarda böyük biznesmenlərin iş fəaliyyəti zamanı qeydə alındığının şahidi olmuşuq.

Bu günki "qəhrəmanlarımız" isə nə biznesmendir,nə də ki, sıravi vətəndaş. Dövlət adına ləkə gətirən bir qrup məmur yığnağıdır. Gördükləri iyrənc əməli kimsəsiz bir internat məzununun üzərinə yıxmağa çalışan parazitlərdir. Belə ki, "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən, internat məzunlarından fəal gənc olan Kazımlı Seymur olmuşdur. Dövlət himayəsində olan fəal gənc,S.Kazımlı "QHT" nın rəhbəri Validə adlı dələduzun qurbanına çevrilib.

Kiçik şəbəkə halında fəaliyyət göstərən "QHT" nın rəhbəri Validə "xanım", ƏƏSMN-nin tabeliyində olan DSMF-nun şöbə müdri Vüqar bəy,deyilənə görə Prezident aparatında işləyən "QHT"nın rəhbəri Validə "xanım"ın oğlu Səbuhi bəy, internat məzunu gənclərin Masazır qəsəbəsindəki yaşayış kompleksinin direktoru Rüksarə "xanım", DSMF-nun şöbə müdri Vüqar bəyin Katibəsi Pərvanə "xanım", ümumi internat məzunlarının baş derktoru Adət bəy,internat məzunları üzrə fəaliyyətdə olan "QHT"nın rəhbəri Araz bəy və ən nəhayət "QHT"nın rəhbəri Gülarə "xanım"ın da adı siyahıda yer almışdır.

Adları qeyd olunan şəbəkə,internat məzunları üçün tikilən evləri məzunlara rüşvət qarşılığında satıblar. Korrupsiya əməlinin ifşa olmasına səbəb,pulları alınmış bir neçə məzunu, evlə təmin etməmələri olmuşdur. Halbuki, dövlət tərəfindən tikilən bu evlər,təmənnasız olaraq internat məzunlarına verilməli idi. Görünən mənzərə onu göstərir ki,ƏƏSMN-nin növbəti yarıtmaz fəaliyyəti,bu dəfə açıq-aşkar korrupsiya əməlləri ilə gündəmi bəzəyir. Ən acınacaqlı durum burdadır ki,hadisə barədə Abşeron rayon polis idarəsində açılan cinayət işində,məsuliyyətə cəlb olunan şəxs,yalnız internat məzunu olan aktiv, fəal Kazımlı Seymur olmuşdur. Bu gənci,dərhal hakim qərarı ilə həbs edib,Kürdəxanı adlı müvəqqəti saxlanma məntəqəsində üç ay müddətinə saxlayıblar. Hazırda isə müvəqqəti azadlığa buraxılan S.Kazımlı korrupsiyaya bulaşmış kiçik şəbəkəyə aid olan faktları aidiyatı qurumlara və eyni zamanda bizim redaksiyaya təqdim etmişdir.

Necə deyərlər, "Böyük balıqlar, kiçik balıqları udar" deyiminə bənzəyir. Maraqlı məqam burasındadır ki, "QHT"nın rəhbəri Validə "xanım" rüşvət qarşılığında görülən işlərin hər birini telefon vasitəsi ilə həyata keçirirmiş. Bu gün həmin audio və video görüntülər artıq əlimizdədir. Danışıqlarda açıq-aydın şəkildə Validə "xanım" bildirir ki, ƏƏSMN-nin işçiləri, internat məzunlarını kriminal adlandıraraq evlərin onlara rüşvətlə satılmasına bir növ razılıq verib. Düşünürük ki,hələlik bu qədər məlumat yetərlidir. Gələn buraxlışımızda nazirlik əməkdaşları haqda,"QHT"nın rəhbərləri haqda və müəssisə rəhbərləri barədə danışılan audio və video görüntüləri diqqətinizə çatdıracağıq.

Nəzərinizə çatdıraq ki,adları qeyd olan şəxslərlə telefon əlaqəsi saxladıq. Bəzisi telefona cavab vermədi,bəzisi isə telefonu açsada suallarımızı cavablandırmaqdan imtina etdi.

Bir daha bildiririk ki,mövqeylərini dərc etməyə hazırıq:

Bizi izləməyi unutmayın..!

"DogruXeber.az"

Dün, 15:30
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:04
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:45
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 13:56
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:22
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:51
Sabah hava belə olacaq
Dün, 11:33
Özünü asan qız son anda xilas edildi
Dün, 09:25
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:54
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:29
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:27
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 19:22
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:47
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:17
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:30
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:01
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:15
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:47
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:50
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:20
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:37
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:11
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:30
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:38
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:09
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:46
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 20:13
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir