Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ
Gündəm / Video
Oxunub: 496
18 Kas 2019 | 09:58
Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ

1944-cü ildə ingiltərəli ziyalı Donald Uatson tərəfindən yeni bir cərəyanın əsası qoyulur.
"Ölkə.Az" bildirir ki, öz mövqeyini açıq şəkildə bəyan edən Uatson ilk dəfə vegeterian kəlməsindən istifadə etsə də, yaratdığı "The Vegan Society" cəmiyyəti 1979-cu ildə ziyalının yolunu veqanizmdən salır...

Ulu babalarımızın "Kabab qanlı, igid canlı" kəlamı ilə heç vaxt düz gəlməyən veqanlıq təkcə kabab yox, həm də bütün ət mənşəli qidalardan imtina mənasına gəlir. Bəzi tanınmış alim, müğənni və filosofların belə maraq saldığı bu görüş ölkəmizdə də yetərincə yayğındır. Lakin Albert Eynşteyn kimi alimlə sadə adamların ətyeməzlik səbəbi həmişə eyni olmur.

Bəli, yeyib-içən olmaq yaxşıdır. Ancaq qidalanma zamanı ət doğrudanmı zəruri sayılmalıdır? Əsasən üç qola ayrılmış ətyeməzlik cərəyanı sualımızın qarşısına müxtəlif növ tərəvəz, dəniz məhsulları və bir kasa bal ilə çıxır. Ətyeməzliyin ən kəskin mövqelisi isə veqanlıqdır. Vegeterianlığın başı bal, yoxsa balıq seçiminə qarışdığı bir vaxtda veqanlıq bir qrup tərəvəzdən başqa bütün qidalara boykot elan edir, heyvanatla bağlı istənilən məhsuldan uzaqlaşır.

Bəs görəsən, bu tip uzaqlaşmanın insan sağlamlığında buraxdığı izlər faydalı, ya zərərlidir?
Həkim-fitoterapevt Elnur Eldaroğlu hesab edir ki, veqanlığı bir ömür həyat tərzinə çevirmək sırf tövsiyə olunan iş deyil. Müsbət tərəfləri odur ki, xolesterolu aşağı salır, pis yağ turşuları, ürək-damar xəstəlikləri riski aşağı düşür. Və yaxud da qanın dövretməsi daha yaxşı ola bilir. Digər tərəfdən isə, məsələn, qeyri-normal şəkildə qidalananlarda, məsələn, sırf veqanların özlərində biz dəfələrlə görmüşük ki, saç tökülməsi, dırnaq qırılması, xroniki yorğunluq qeyd olunur və biz bunlara məcbur kənardan vitamin verməli oluruq".

Müəyyən şərtlər altında ətdən uzaqlaşmağın mümkün olduğunu bildirən həkimin fikrincə, vegeterian olmaq qismən anlaşılandır: "Sırf veqanlıq uyğun olmayan qida vərdişidir. Qeyd elədiyim kimi, paralel aparmaq daha doğrudur. Normal şərtlər daxilində olacaq qidalanmalarda da yanlışlarımız var bizim onsuz da. Bunlar məsələn, bəzi kifayət qədər ürək-damar xəstələrinə, yaxud şəkər xəstələrinə müəyyən qədər ətli qidalara da pəhriz qoyuruq. Amma balığa pəhriz qoymuruq. Və yaxud yumurtaya pəhriz qoymadığımız xəstəliklər var. Və yaxud da elə profilaktik olaraq da tövsiyə edirik. Amma veqanlıqla bir ömür davam etmək müəyyən mineral və vitaminlərimizin defisit olduğuna görə də müəyyən kliniki proseslər yarada bilir". (lent.az)

Dün, 15:30
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:04
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:45
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 13:56
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:22
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:51
Sabah hava belə olacaq
Dün, 11:33
Özünü asan qız son anda xilas edildi
Dün, 09:25
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:54
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:29
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:27
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 19:22
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:47
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:17
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:30
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:01
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:15
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:47
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:50
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:20
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:37
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:11
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:30
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:38
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:09
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:46
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 20:13
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir