Ölkənin böyük şirkəti vaxtı keçmiş sement satır - VİDEO
Gündəm / Siyasət / Səhiyyə
Oxunub: 588
25 Kas 2019 | 12:48
Ölkənin böyük şirkəti vaxtı keçmiş sement satır - VİDEO

Son vaxtlar adı bir neçə qalmaqalda və kriminal qruplaşmalarla əlaqədə hallanan Holcim Azərbaycan ASC ilə bağlı daha bir sensasion fakt üzə çıxıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən şirkət qiymətləri qaldırdıqdan sonra satışda olan məhsullarını yığışdırsa da, vaxtı keçmiş sementlərin satışını davam etdirir.

Redaksiyamıza faktlarla - görüntülü formada təqdim olunan məlumatda qeyd edilir ki, Holcim Azərbaycan ASC 2019-cu il 1 aprel tarixində istehsal edilmiş və istifadə müddəti 6 ay olan məhsulun satışını hələ də həyata keçirir. Baxmayaraq ki, artıq həmin sementlərin istifadəyə yararlılıq müddətindən təxminən 1 ay ötüb.

Ekspertlər vaxtı keçmiş sementin satılmasının çox böyük təhlükə olduğunu, dəhşətli dağıntılara, bina və obyektlərin çökməsinə səbəb ola biləcəyini vurğulayırlar. Məlumata görə, vaxtı ötmüş sementin tərkibi çox ciddi şəkildə dəyişilir və yararsız hala düşür.

Holcim Azərbaycan ASC rəhbərliyinin vaxtı keçmiş məhsulların tez bir zamanda satılması üçün öz işçilərinə göstəriş verdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Holcim Azərbaycan ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib. Saytımıza verilən məlumatda bildirilib ki, ASC satışda olan və vaxtı keçməmiş məhsulların satışdan yığışdırılması haqda göstəriş verib.

Ekspertlər isə Holcim Azərbaycan ASC-nin qiymətləri qaldırmaq üçün heç bir iqtisadi əsasının olmadığını vurğulayıblar.

Xatırladaq ki, bu, Holcim Azərbaycan ASC ilə bağlı yaranmış ilk neqativ hal deyil. Daha əvvəl bu şirkətin distribüterlərə külli miqdarda ziyan vurması və dəymiş zərərin ödənilməməsi ilə bağlı məlumat yayılıb. Sözügedən məlumatda haqlarını istəyən distribüterlərə kriminal dəstənin üzvləri vasitəsilə təzyiq edildiyi qeyd edilib.

Bundan başqa, şirkət səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir müddət əvvəl səhmdarlar aksiya da keçiriblər. Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.

Redaksiyamıza daxil olan məlumatlarla bağlı Holcim Azərbaycan ASC-yə rəsmi sorğular göndərilsə də, aradan 15 gün keçməsinə rəğmən, heç bir cavab verilmir.

Axar.az
Dün, 18:12
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Dün, 17:49
Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq
Dün, 17:09
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL
Dün, 14:48
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto
Dün, 14:13
ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik
Dün, 13:20
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dün, 12:35
Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
Dün, 11:05
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
Dün, 10:18
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Dün, 09:41
Laos Prezidenti Rusiyaya səfər edəcək
Dün, 09:09
Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq
4-05-2024, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
4-05-2024, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
4-05-2024, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
4-05-2024, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
4-05-2024, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
4-05-2024, 12:41
Universitet müəllimi vəfat etdi
4-05-2024, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
4-05-2024, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
4-05-2024, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir