İqbal Ağazadəyə qarşı təxribat - ŞOK İDDİA
Gündəm / Sosial
Oxunub: 528
27 Kas 2019 | 11:54
İqbal Ağazadəyə qarşı təxribat - ŞOK İDDİA

Ümid Partiyasının sədri, eks millət vəkili İqbal Ağazadə KİV nümayəndələrinə müraciət edib.

Musavat.com xəbər verir ki, İ.Ağazadə müraciətində ona qarşı baş vermiş təxribat barədə məlumat verib. Müraciətin mətnini təqdim edirik: "Əziz dostlar, təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsildi, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarıldı. Bununla bağlı hüquq - mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim.

Ərizəmə video görüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.

Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. (Nunçaku) Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla profesional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə suallara heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq - mühafizə orqanlarına təhvil vermişəm. ( Xətai rayon 37- ci polis bölməsinə)

Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq.

Hüquq - mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün gərəkilən tapşırıq verməsini xahiş edirəm. KİV nümayəndələrinin olayı diqqətdə saxlamasını rica edirəm".
Dün, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
Dün, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Dün, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
Dün, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
Dün, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
Dün, 12:41
Universitet müəllimi vəfat etdi
Dün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Dün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Dün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
3-05-2024, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
3-05-2024, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
3-05-2024, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
3-05-2024, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib