“PAŞA Sığorta”nın adından dələduzluq edirlər - Şirkətdən XƏBƏRDARLIQ
Gündəm / Sosial
Oxunub: 577
12 Ara 2019 | 14:12
“PAŞA Sığorta”nın adından dələduzluq edirlər - Şirkətdən XƏBƏRDARLIQ

“PAŞA Sığorta” şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb.

Şirkətdən APA-ya verilən məlumata görə, araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar “PAŞA Sığorta” adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər.

Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb. Belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər.

“PAŞA Sığorta” şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır.

“Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin “PAŞA Sığorta” ASC ilə heç bir əlaqəsi yoxdur. Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Şirkətdə mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir”, - deyə məlumatda qeyd olunub.
Dün, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
Dün, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Dün, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
Dün, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
Dün, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
Dün, 12:41
Universitet müəllimi vəfat etdi
Dün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Dün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Dün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
3-05-2024, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
3-05-2024, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
3-05-2024, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
3-05-2024, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib