Oqtay Şirəliyev qışa hazırlıqla bağlı baş həkimlərə tapşırıqlar verdi
Səhiyyə
Oxunub: 730
13 Ağu 2018 | 11:30

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib.

xeberler.org Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirin "Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə" imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin.

Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin.

 

Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də "Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə" əmr verib.

Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyat yanacaq təminatı daim nəzarətdə saxlanılsın.

Bugün, 12:07
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü – FOTO
Bugün, 11:15
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən...”
Bugün, 10:44
Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Bugün, 10:00
811-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bugün, 09:29
Makrondan çağırış: Avropanın sütunları çökür!
Bugün, 08:54
Günün qoroskopu: Səhhətinizə fikir verin
Dün, 20:52
Argentina dəmir yolu sahəsində fövqəladə vəziyyət elan edəcək
Dün, 18:46
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Dün, 18:16
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
Dün, 15:50
“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
Dün, 15:23
Müğənni uşaqları yox, uşaqlar maşını "vurubmuş"...
Dün, 14:49
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
Dün, 14:20
Bəzi məhsulların qityməti artıb - SİYAHI
Dün, 13:27
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dün, 12:58
Kim Çen İn nüvə elitasına şəhər salıb - "Sosialist sivilizasiyasından tam həzz ala bilərlər”
Dün, 11:37
Toyuq əti bahalaşacaq? – MÜHÜM AÇIQLAMA
Dün, 10:42
Murad Muradov vəfat etdi
Dün, 10:01
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Dün, 09:10
17 yaşlı qız xəstəxanada müəmmalı şəkildə ÖLDÜ
Dün, 08:45
Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur
11-05-2024, 16:39
Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL
11-05-2024, 16:15
Prezidentin festivaldakı çıxışının - Videosu
11-05-2024, 15:31
Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır
11-05-2024, 14:48
Ceyhun Bayramovun Mirzoyanla görüşünün detalları açıqlandı
11-05-2024, 13:52
Sabah şimşək çaxacaq, dolu düşəcək
11-05-2024, 12:34
Prezidentlə xanımı “Xarıbülbül” Festivalının açılışında
11-05-2024, 10:53
Gədəbəydə evin həyətində meyit tapıldı