Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər - TƏHLİL
Siyasət / Dünya
Oxunub: 119
24 Kas 2022 | 17:09
Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər - TƏHLİL


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin Nikol Paşinyanın timsalında Ermənistan üçün fiasko ilə nəticələndiyini demək üçün əlahiddə bir istedada və analitik qabiliyyətə malik olmaq lazım deyil.

Baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistana yardımla bağlı sənədini imzalamaqdan imtina etməklə elə sammitdəki məğlubiyyətinin məzmununu ortaya qoydu.

Paşinyanın imtina qərarı KTMT-nin Ermənistan-Azərbaycan sərhəd münaqişəsində öz üzvünün qeydinə qalmadığının və onun maraqlarına əhəmiyyət vermədiyinin əyani sübutuna çevrilir.

Ermənistan KTMT Nizamnaməsinin 4-cü maddəsinin aktivləşdirilməsinə həm də ona görə nail ola bilmədi ki, bu təşkilatın daxilində İrəvana qəzəbli baxışlar tuşlanıb.

Çünki Paşinyan KTMT-nin müşahidəçilik missiyasını müharibədən qaçmaqdan ötrü yatırıcı mexanizm kimi deyil, yeni eskalasiya yaratmaq məqsədləri üçün istifadə etməyə çalışır.

Hərçənd ki, KTMT-nin öz üzvləri olan Tacikistan və Qırğızıstan sərhəd münaqişəsindən əziyyət çəkirlər, yəni təşkilat öz daxilindəki problemləri belə, yoluna qoymaq iqtidarında deyil.

İkinci bir məsələ - Rusiya Ukraynada müharibə apardığından o, Azərbaycan-Ermənistan sərhədinə paritet əsaslarla qoşun göndərməkdən yayınır və Kremlin mövqeyinə Belarusun, Qazaxıstanın yanaşması da təsir edir.

Üçüncüsü, Paşinyan KTMT-nin kollegial maraqlarını Qərbin xeyrinə tapdalamaq niyyətlərini dəfələrlə nümayiş etdirib və bu da təşkilatın qeyri-rəsmi ağası Rusiyanın mərhələli qəzəblərini Ermənistana qarşı qalaqlanıb möhkəmlənmiş oxa çevirib.

Ancaq bu o demək deyil ki, Rusiya KTMT-ni postsovet məkanında öz təsir dairəsini qorumaq vasitəsi kimi görmür. Lakin Azərbaycana münasibətdə göstərilən mövqenin dərin strateji kökləri var.

Rusiya Azərbaycanla isti münasibətlərini daha da qızdırmaq istəyir, lakin gizli şəkildə özünün ambisiyalarını da yeritməyə çalışır. Onun qarşısındakı maneələrdən biri Türkiyədir, çünki Moskva Ankaranın Bakı üçün strateji təhlükəsizlik zəmanəti olduğunu dərk etdiyindən Ermənistanı dəstəkləyib, onu Azərbaycana qarşı yönləndirməkdən çəkinir. Çünki Moskva Ankara ilə olan sıx əməkdaşlığına tıxac vuraraq onu Paşinyanın maraqlarına xidmət edən vasitəyə çevirməyin faydasızlığını anlayır.

O da nəzərə alınmalıdır ki, Rusiya başqa mövzularda da KTMT daxilində konsensusa nail olmayıb və bu nail olmama təşkilat daxilində ənənəvi təcrübəyə çevrilib. Ukraynadakı müharibədə də Rusiya KTMT güclərinin resursundan yararlana bilmir.

KTMT yalnız 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar başlayanda bu ölkəyə qoşun göndərilməsinə nail oldu, hərçənd ki, bunun özünün də KTMT Nizamnaməsi ilə ziddiyyət təşkil edən məqamları az deyildi.

Ermənistan sammit ərəfəsində bir sıra qazanc da əldə etmək ümidinə qapılmışdı və bunu Rusiyanın əli ilə gerçəkləşdirirdi.

Söhbət, əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində Moskvanın təxribat xarakterli planlarından gedir, hərçənd ki, Moskva bunu İrəvanın xoşbəxtliyi üçün deyil, sırf öz təsir dairəsinin zəifləməməsi üçün edirdi.

İndinin özündə də Kreml Qarabağdakı erməni kartı ilə oynamaq prinsipindən əl çəkməyib, sadəcə, Bakı ilə danışıqlar və Türkiyə ilə xoşməramlı münasibətlər nəticəsində sərt motivlərini yumşaldıb.

Paşinyan sənədi imzalamamaqla Ermənistanın suverenliyinin əldən çıxması prosesindəki məsuliyyətini ört-basdır etmək üçün yaxasını kənara çəkdi. Çünki onsuz da, KTMT-nin qoşun göndərmək fikrində olmadığını bilirdi.

Bu, Paşinyanın Azərbaycanın sərhəddəki gələcək hərbi əməliyyatlarına boyun bükərək “razılıq verməsidir” və indi Bakı-Ankara-Moskva üçlüsü mümkün razılaşma mərhələsindədir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında da Azərbaycanın antiterror əməliyyatları üçün şərait yetişir.

Çünki Azərbaycan həmin zonada oyuncaq bir təsisat üçün “nazir təyinatları”nı diqqətlə izləyir, müasir hərbi texnikaların daşınması trafikini müşahidə edir və bunun qarşısını almaq üçün ən effektiv vasitə hərbi güc tətbiqidir.
Bugün, 09:09
Azərbaycana qar yağır - FOTOlar
Bugün, 08:46
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
Dün, 20:13
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
Dün, 17:30
Sabah güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ
Dün, 17:06
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH
Dün, 16:25
Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Dün, 15:59
Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL
Dün, 15:39
Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR
Dün, 15:01
“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək
Dün, 14:15
Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Dün, 13:35
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ
Dün, 12:59
Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB
Dün, 12:19
MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI
Dün, 11:43
Prezidentlərin təkbətək görüşü başladı
Dün, 10:57
Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR
Dün, 10:24
Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan
Dün, 10:16
NBA-da ilk yarımfinalçı müəyyənləşib
Dün, 09:23
Hərbçimiz vəfat etdi
Dün, 09:03
Mayın 16-nın ULDUZ FALI: Çoxlu istirahət, sağlam qidalanma və...
15-05-2024, 16:53
Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı
15-05-2024, 16:36
Keçmiş bank işçisi 2 milyon ələ keçirərək ölkədən qaçıb?
15-05-2024, 16:04
Kilsəsinin başında çatlayan hərəkat: Biabır oldular, indi don geyindirirlər
15-05-2024, 15:36
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15-05-2024, 15:12
Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib
15-05-2024, 14:27
“Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”
15-05-2024, 13:46
Daha 8 nəfər Suriyadan Azərbaycana gətirildi
15-05-2024, 13:09
Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA