Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış bir o qədər də möhkəm olacaqdır.
Şou
Oxunub: 96
7 Kas 2023 | 10:25
Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış bir o qədər də möhkəm olacaqdır.

İkinci Qarabağ müharibəsi işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə sonlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. “Dəmir yumruq” əməliyyatı nəticəsində 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurda qovuşmaq xalqımıza nəsib oldu. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi. Şübhəsiz ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Burada dövlətlər arasındakı bağlayıcı tezis “Bir millət, iki dövlət” ifadəsidir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi və Türkiyə Prezidentinin Azərbaycana açıq dəstəyi müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı vardır. Türkiyə İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi .
Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə yüksəlməsi üçün geniş imkanlar açır. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Bu gün Azərbaycan–Türkiyə münasibətləri böyük türk birliyinin əsasını təşkil edır və bu əməkdaşlıq bütün dünyaya, eləcə də bütün türk ölkələrinə bir nümunədir. Azərbaycan və Türkiyə münasibətləri qardaşlığın elə zirvəsidir ki, tarixin bütün sınaqlarından üzüağ çıxmış və bu ənənə bu gün də ən yüksək səviyyədə davam etdirilir. Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət-bir yumruq həmrəyliyi, birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Əminliklə deyə bilərik ki, bu, iki dövlətin bir-biri ilə münasibətinin əsl qardaşlıq nümunəsidir. Azərbaycan və Türkiyə Respublikaları arasındakı əlaqələr gün keçdikcə daha çox inkişaf edəcək, iki ölkə birlikdə yeni uğurlara imza atacaqdır.

Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı
Dün, 16:43
Rusiya Volodimir Zelenskini axtarışa verib
Dün, 16:24
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Dün, 15:01
COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI
Dün, 14:39
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ
Dün, 14:03
Gimnastlarımız Avropa Kubokunda medal qazandı
Dün, 12:41
Universitet müəllimi vəfat etdi
Dün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Dün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Dün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
3-05-2024, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
3-05-2024, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
3-05-2024, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
3-05-2024, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
3-05-2024, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
3-05-2024, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
3-05-2024, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
3-05-2024, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
3-05-2024, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
3-05-2024, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
3-05-2024, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib