Hüseyn Şahmalıyev: Ulu Öndərin ideyalarına daim sadiqik
Video
Oxunub: 169
24 May 2023 | 10:36
Hüseyn Şahmalıyev: Ulu Öndərin ideyalarına daim sadiqik

Hüseyn Şahmalıyev
YAP Qobustan rayon təşkilatının Qobustan
Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri,


Azərbaycanın dövlətçilik tarixində çox böyük şəxslər, dövlət xadimləri olmuşlar. Onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firəvan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər. Amma onların heç birini Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə etmək mümkün deyildir. Ona görə yox ki, olduqca mürəkkəb bir dövrdə hakimiyyət olimpinin zirvəsində dayanan Ulu öndər Heydər Əliyev yalnız millətinin maraqları naminə fəaliyyət göstərmiş, xalqın xidmətində dayandığını nümayiş etdirmiş və bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmişdir. Həm də ona görə ki, təbiətin Ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər, dərin zəkası və dünyagörüşü, səriştəsi sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini əvvəlcədən təhlil edərək müəyyən qənaətlər əldə edə bilir, milli dövlətçiliyimiz üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb situasiyalardan uğurla çıxarmış,ölkəmizə həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr etmiş Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirmişdir. Azərbaycanın müasir tarixində milli öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Ən azından ona görə ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılmışdır. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirmişdir. Zəngin hadisələrlə dolu gərgin dovrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.

1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda, ölkəmiz iqtisadi göstəriciləri baxımından keçmiş Sovet respublikaları sırasında ən geridə qalmışlarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu.

Həmin dövrə qısaca nəzər salmaq, tarixi yenidən vərəqləmək o dövr haqqında daha dərin bilgi sahibi olmağa, Ulu öndərin dövründə Azərbaycanın necə dəyişdiyinə, hansı problemlərin aradan qaldığına şahid ola bilərik.

Məlum olduğu kimi, 1960-cı illərin sonlarına qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar Respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı inkişafı təmin etməyi bacardı. 1969-cu ilədək Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. Lakin dahi şəxsiyyətin rəhbərliyi və birbaşa iştirakı ilə Azərbaycanda bütün sahələrdə Titanik inkişafı təmin etmək məqsədilə ayrı-ayrı proqramlar, planlar hazırlanarq icrasına başlanıldı. Və 1982-ci ildə Heydər Əliyev Azərbaycandan rəhbərlikdən gedəndən sonra respublikamız artıq SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. 1969-82-ci illərdə yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirmiş, onun aqraryönümlü respublikadan daha çox sənayeyönümlü respublikaya çevrilməsinə zəmin hazırlamışdır. Respublikanın bütün şəhərlərində və rayon mərkəzlərində bir sıra sənaye istehsalı sahələri yaranmışdır. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli sənayeləşmə kursu sayəsində çox qısa zaman kəsiyində ölkənin bütün potensialı işə salındı və Azərbaycanda çox böyük sənaye müəssiələri fəaliyyətə gətirldi. Bu gün də haqlı olaraq, belə bir fikir tez-tez səslənir ki, müasir müstəqil Azərbaycanın sənaye potensialı hələ 1969-82-ci illərdə əsası qoyulmuş mükəmməl konstruksiyaya əsaslanır.

Çevik və sürətli dönüş digər sahələrdə də özünü büruzə vermişdir. Respublikanın artan imkanları strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirməyə və nəzərəçarpan uğurlar əldə etməyə imkan verdi. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi. Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.

Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.

Həmçinin, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 70-ci illərin sonu-80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.

Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin ideoloji substratı səciyyəsi daşıdı. Bu gün Azərbaycan dövlətçiliyinin ideoloji sütununu təşkil edən azərbaycançılıq ideyası da məhz həmin dövrdə həyata keçirilmiş əməli addımların nəticəsi və qayəsi olaraq meydana çıxmışdır. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricilərindən biri də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və səslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir. Bununla da sovetlər dönəmində mərkəzi hakimiyyətin sərt bütokratik və repressiya tədbirləri nəticəsində müəyyən qədər deqredasiyaya uğramış milli hisslər, azərbaycançılıq təfəkkürü yenidən təşəkkül tapmış, insanların azadlıq arzulara çiçəklənməyə başlamışdır. Məhz bu yol əsrin sonunda Azərbaycanı müstəqilliyinə qovuşdurmuşdur.

Şübhəsiz ki, Azərbaycan xalqı müstəqillik mübarizəsinin hər məqamında Ulu öndər Heydər Əliyev dühasının işığını görmüş, böyük liderin cəsarətli və vətənpərvər addımlarını mayak saymışdır. 1990-cı ildə Bakıda Sovet ordusu yüzlərlə insanı qətlə yetirib xalqın azaddlıq mübarizəsini qırmağa çalışanda da qarşısında yenə də Heydər Əliyevi – ən böyük azərbaycanlını görmüş, Kremlin Azərbaycan torpaqlarını ermənilərə peşkəş etmək niyyətinin önündə də həmişə Heydər Əliyev durmuşdur.

Sirr deyil ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasma gətirib çıxarırdı. Sözün həqiqi mənasında əsl hərc-mərclik var idi. Belə bir anda – 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəlməsi ölkəni həm xaosdan, həm də dövlətçiliyi itirmək təhlükəsindən xilas etdi.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev Özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. 1995-ci ildə qəbul olunmuş konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.

Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri şübhəsiz ki, müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilmək şansı qazandı.Qısa zaman ərzində ölkəni vətəndaş qırğınından, ümummilli böhrandan, xaosdan, iqtisadi tənəzzüldən qurtaran Heydər Əliyev ilk gündən elan etdiyi “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” prinsipini dövlət quruculuğu prosesinin hər addımında həyata keçirən bir müdrik lider, xalqın xilaskarı və millətin atası kimi dövlətimizin sosial mahiyyətini müəyyənləşdirdi.

Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata kcçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarının təcəssümü idi. 1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə cdilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilərək vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.

1993-cü ildə Heydər Əliyev prezident seçilərkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsahnmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994 -1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən – ilə artmasını təmin etdi.

Demokratiyanın daha bir göstəricisi kimi 1999-cu ilin dckabrında Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyə scçkiləri keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə bələdiyyə institutu yaradıldı, bələdiyyələrin iş mexanizmi, statusu vəzifə və səlahiyyətləri, inkişaf istiqamətləri müəyyən edildi. Bələdiyyələrin yaradılması və fəaliyyəti Azərbaycanın demokratiya yolunda addımlamasının ən bariz göstəricilərindən biri idi.

1993 – cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbııl edilməsi, Avropa ailəsinə qoşulması oldu.

Ermənistan – Azərbaycan, Dağhq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində əsas yerlərdən birini tutmuşdur. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin, Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil etmişdir.

Həmçinin, diplomatik sahədə atılan uğurlu addımlara paralel olaraq, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.

Ümummilli lider Heydər Əliyev siyasi və iqtisadi problemlərin həlli ilə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirmişdir. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycan mədəniyyəti Heydər Əliyevin qayğı və diqqəti sayəsində möhtəşəm bir dövr yaşamışdır. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrimizin, habelə ayrı – ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər Heydər Əliyevin imzaladığı Fərman və sərəncamlarla keçirilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə xal-qını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli liderimiz Heydər Əliyev həm də müstəqillik ideologiyasının banisi və müəllifidir. Ulu öndərimiz Heydər Əliyev mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkündürsə onu etmiş və həm də Özünün davamçısı və siyasi varisi üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji varidat qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində milli müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur. Ulu öndərimiz bu haqda demişdir: “… Bütün həyatımı təhlil edəndə, görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycamn müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam”.

Həyatının böyük hissəsini Azərbaycan dövlətinə və xalqına xidmətə həsr edən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcəyi naminə əsasını qoyduğu daxili və xarici siyasi kursun davam etdirilməsini istəyirdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində Ulu öndər cənab İlham Əliyevə və qurucusu olduğu Yeni Azərbaycan Partiyasına dərin inamını bəyan edərək Azərbaycan dövlətinin əbədi müstəqilliyi və daha güclü olması arzusundan irəli gələrək tarixi bir çağırış etdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bütün mənalı ömrünün böyük bir hissəsini Azərbaycan xalqına xidmət etməyə həsr edən Ulu öndərin çağırışına xaldqımız laqeyd qala bilməzdi və 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev prezident seçildi. Bu, sadəcə bir seçim deyildi, eyni zamanda, Azərbaycanın gələcək inkişafını təmin edəcək tarixi bir qərar idi ki, Azərbaycan xalqı bu qərarı heç bir şübhə olmadan verdi. Çünki Ulu öndər Heydər Əliyevin seçimi yanlış ola bilməzdi. Zaman və bu günkü Azərbaycanın dünyadakı mövqeyi, inişaf səviyyəsi bir daha sübut etdi ki, Heydər Əliyev xalqının taleyini düşünən dahidir.

Beləliklə, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də Onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyildir. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləmiş, xalqın birliyi yaranmışdır. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaratmış, onun müstəqilliyini bərpa etmiş inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış, dönmədən həyata keçirilməsini təmin etmişdir. Təbiidir ki, Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə xalqımız qarşısındakı misilsiz xidmətlərin Azərbaycan cəmiyyəti tərəfindən daim yüksək qiymətləndirilmiş, bu gün də Onun əziz xatirəsi xalqımızın qəlbində özünə əbədi yer tapmışdır. Eyni zamanda, bu dahi rəhbərin istedadı, siyasi bacarığı və dövlətçilik qabiliyyəti dünyanın nüfuzlu liderləri tərəfindən də örnək göstərilmiş, O, haqlı olaraq, ən böyük azərbaycanlı adlandırılmışdır. Dünya liderləri və tanınmış siyasi xadimlər Ulu öndər Heydər Əliyev haqqında həmişə dərin hörmət və ehtiramla danışır, Onun nəinki Azərbaycan dövlətçiliyi qarşısındakı, eyni zamanda, qlobal miqyaslı xidmətlərini məmnunluqla xatırlayır, ən yüksək qiymətə layiq görürlər.
Dün, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
Dün, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Dün, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
Dün, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
Dün, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
Dün, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
Dün, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
Dün, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
Dün, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
Dün, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
Dün, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib
2-05-2024, 11:51
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
2-05-2024, 11:12
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
2-05-2024, 10:46
Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA
2-05-2024, 09:56
Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
2-05-2024, 09:26
Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı
2-05-2024, 09:03
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt
1-05-2024, 16:27
İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar
1-05-2024, 15:37
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH
1-05-2024, 15:10
Prezident ipoteka haqqında qanunu təsdiqlədi