Xudaqulu Rzayev: Böyük Qələbələr bəxş edən əsas amil
Video
Oxunub: 149
7 Kas 2023 | 11:00
Xudaqulu Rzayev: Böyük Qələbələr bəxş edən əsas amil

Xudaqulu Rzayev
«Minera» şirkətlər qrupunun sahibi


8 Noyabr Zəfər Gününü Azərbaycan xalqı olaraq böyük iftixar hissi ilə qarşılayırıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 44 günün hər bir günü şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. 3 il öncə noyabrın 8-də tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərini işğaldan azad olunması düşməni diz çökdürdü və noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı.

Qazanılan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycanın Vətən müharibəsində yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır. Həmçinin, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

44 günlük Vətən müharubəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə, Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. İşğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaqlar. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq.

Tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Bu amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.

Bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olub və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatıb. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.

2023-cü il sentyabrında cəmi 23 saat ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.

Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir.

Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələri bizlərə əmanətdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək. Zəfər Günümüz mübarək!
Bugün, 11:25
Müsavat Partiyasının qurultayı KEÇİRİLİR
Bugün, 10:45
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb
Bugün, 10:16
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
Dün, 16:30
Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA
Dün, 15:54
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Dün, 15:15
Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib
Dün, 14:31
Yunis Səfərovla bağlı yeni QƏRAR
Dün, 12:50
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
Dün, 12:19
İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA
Dün, 11:39
Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir
Dün, 10:49
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH
Dün, 10:14
Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir
Dün, 09:34
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur
Dün, 09:11
İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH
2-05-2024, 16:22
Ramin Məmmədov deputat mandatından məhrum edildi
2-05-2024, 15:57
Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
2-05-2024, 15:51
Bazar günü imtahan olacaq
2-05-2024, 14:43
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:04
Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq
2-05-2024, 13:23
Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB
2-05-2024, 12:36
İlham Əliyev Kalaşnikovu qəbul edib
2-05-2024, 11:51
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB
2-05-2024, 11:12
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
2-05-2024, 10:46
Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA
2-05-2024, 09:56
Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
2-05-2024, 09:26
Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı
2-05-2024, 09:03
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt