xeberler.org
xeberler.org

Atalarımızın bu sözlərində dərin həqiqət var

3-07-2020, 11:07 86 dəfə baxılıb


Son aylar, son günlər məlum hadisələrlə bağlı (pandemiya) başqaları kimi məndə də bir məyusluq, acı təəssüf hissi, dilxorçuluq yarnmışdı. Belə anlarda insanlar xoş xəbərin həsrətində, yaxşı xəbərin tamarzısı olur, gözləyir, ümid edir. “Hər gecənin bir nurlu gündüzü də olur”deyib atalarımız. Bunu düşünüb insan öz-özünə təsəlli verir.
Atalarımızın bu sözlərində dərin həqiqət var.
Belə üzücü yay günlərinin birində gözəl bir səhər açıldı. Xoş xəbər dost-tanışın qapısını döydü. Tanıdığın, dost münasibətində olduğun bir insanın yüksəlişi adamı necə də sevindirərmiş.
Bax, o sevinc hissini mən də yaşadım. Rəsmi saytlarda yayıldı: “Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub”.
Çox hörmətli Hikmət müəllim! Bir dost kimi, uğurlarınızı həmişə izləyən və bundan iftixar hissi keçirən bir yoldaş kimi həmin xəbər məni hədsiz sevindirdi.
Son günlərə kimi siz Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri idiniz. Çox uğurlu fəaliyyət göstərir, partiyanın xoş məramlı işlərinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi önəmli işlərə dəstək dururdunuz!
Məhz səmərəli fəaliyyətinizin, dövlətçiliyə sədaqətinizin, xeyirxah əməllərinizin nəticəsidir ki, günü-gündən ucalırsınız! Yeni təyinat təsadüfi deyil. Hamımızı sevindirir.

Sizi səmimi qəlbdən təbrik edirəm!

İşləriniz avand olsun, Allah köməyinizdə dursun!


Dərin hörmətlə :Babayev İlham və Ofelya Babayeva.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA