Əflatun Qasımov: Şanlı tarixə şahid olduq
Gündəm
Oxunub: 41
18 Haz 2021 | 11:27
Əflatun Qasımov: Şanlı tarixə şahid olduq

Əflatun Qasımov
AAYDA yol istismar idarəsinin rəisi


Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır. 15-16 iyun 2021-ci il... Haqlı olaraq deyə bilərik ki, təqvimin bu günlərində tarixə şahid olduq. Bir millət – iki dövlət olan Azərbaycan və Türkiyənin yazdıqları şanlı tarixə... Bəli, özümüzü çox xoşbəxt hiss edirik ki, bu bəxtiyar günləri görmək nəsibimiz oldu. Müzəffər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Milli Qurtuluş Günündə kökübir qardaşı Türkiyə Cümhuriyyətinin Prezidenti böyük heyətlə işğaldan azad olunmuş Qarabağın incisi Şuşaya tarixi səfər etdi. O Şuşaya ki, bir il əvvəl düşmən Cıdır düzündə “Yallı” gedirdi. Əslində bu gün baş verənlər keçən ilin payızında Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin, həmin Qələbənin özü isə 1993-cü ilin 15 iyunundan bu yana Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasətin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan bu qələbəni yaxınlaşdırmaq üçün hər il, hər ay, hər ötən gün gərgin iş aparmışdır. Birinci Qarabağ müharibəsinin bitdiyi 1994-cü ildə bağlanmış atəşkəs sazişindən Vətən müharibəsi başlananadək düşmənin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində bütün bu illər boyu az qala hər həftə, hər gün şəhidlər verdik. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün çəkən müharibədə şanlı Zəfər qazandı, şəhidlərimizin qanı yerdə qalmadı, ruhları sevindi. Bu Zəfər yolunda qardaş Türkiyə yanımızda oldu, mənəvi, siyasi dəstək verdi.

İyunun 15-də iki dövlət başçısı, iki qardaş arasında imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın, eləcə də regional təhlükəsizliyin qarantına çevirdi. Bu bəyannamə ilə Türkiyə və Azərbaycan qarşılıqlı hərbi öhdəliklər də götürmüş oldular. İndi əminliklə demək olar ki, Azərbaycanın hərbi təhlükəsizliyi Türkiyənin hərbi-siyasi qüdrəti ilə təminat altına alınıb. Bəyənnamədəki şərtlər Azərbaycana qarşı istənilən xarici təcavüz halında, Türkiyəyə dərhal hərbi müdaxilə hüququ tanıdır. Ona görə də, bundan sonra Azərbaycana hərbi təzyiq göstərmək niyyətinə düşən istənilən xarici ölkə bu faktoru mütləq nəzərə almalı olacaq. Beləliklə, 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Bununla da Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Həmçinin, bundan belə iki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər, bütün istiqamətlərdə birgə formalaşdırılacaq, iki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı qərarlar verəcək, iki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək, Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq, Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək, müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşacaq və s. Bir sözlə, demək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır.

Azərbaycana səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə hər kəsin ürəyini riqqətə gətirən nitq söylədi:

“Bəxtiyaram, çünki Qarabağ zəfərini qazanan can Azərbaycandayam. Bəxtiyaram, çünki Azərbaycan Milli Məclisində sizinlə bərabərəm. Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə yaxınlaşan Azərbaycandayam”. Qarabağ zəfəri ilə bağlı bir daha Azərbaycan xalqını təbrik edən R.T.Ərdoğan “bu zəfərdən bütün dünya qazanclı çıxacaq”, deyə vurğuladı. Türkiyə Prezidenti həmçinin təklif mesajı da verdi: “Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır”. Həqiqətən də Azərbaycanın zəfərindən bütün dünyanın, o cümlədən bölgə ölkələrinin qazanclı çıxması real perspektivdir. Türkiyə lideri Ermənistanı münasibətləri normallaşdırmağa çağırdı və Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatı təklif etdi. Bu platforma ilə istəyimiz ondan ibarətdir ki, bölgə rahatlıqla, sülh içində yaşayan bir bölgəyə çevrilsin və bu addımı atmaq üçün hər cür fədakarlığa hazır olduğunu bildirdi. Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkilərinə saylı günlər qalmış və Cenevrədə Rusiya-ABŞ sammiti ərəfəsində Türkiyə liderinin Azərbaycana səfəri Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallığı əks etdirməlidir. Əlbəttə, Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Artıq düşmənin düşərgəsində də Azərbaycanın qələbəsini həzm etməyin gərəkliyini başa düşüblər.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı!
Dün, 21:10
Ərdoğan yanğının söndürülməsində Azərbaycandan cəlb olunan təyyarələrin köməyindən danışdı - VİDEO
Dün, 20:27
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir - VİDEO
Dün, 20:07
Mehriban Əliyeva: “Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur”
Dün, 19:22
Putinlə Ərdoğan arasında telefon danışığı olub
Dün, 18:13
Yoluxanların bu günə olan statistikası açıqlandı
Dün, 17:50
“Haber Global”: Üç gündür yanğın davam edən Marmarisdə son vəziyyət - VİDEO
Dün, 17:06
Türkiyədəki yanğına güləcək qədər riyakar olan ermənilər...
Dün, 16:17
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
Dün, 15:59
Sahibə Qafarovadan polisi döyən deputatla bağlı SƏRƏNCAM
Dün, 14:10
Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı - FOTO
Dün, 13:24
"Kəmələddin Heydərov mənə zəng etdi və..." - Çavuşoğlu
Dün, 12:42
Avqustun ilk günü hava necə olacaq?
Dün, 12:18
Prezident Flora Kərimova ilə bağlı sərəncam imzaladı
Dün, 11:32
Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün imzalar toplandı - Eldəniz Səlimovla bağlı qərar verilir
Dün, 11:11
Azərbaycanda benzin BAHALAŞDI
Dün, 10:44
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü - Yenilənib
Dün, 10:10
Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı - Açıqlama
30-07-2021, 17:27
TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi
30-07-2021, 17:02
Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları
30-07-2021, 16:37
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü - FOTO
30-07-2021, 16:37
Rövşən Əhmədovun fəaliyyəti təqdirə layiqdir
30-07-2021, 16:27
“Azərsu” ASC-nin bu idarəsində RƏZALƏT – Rəşad Həsənov iki xanım işçini XƏSTƏXANALIQ ETDİ
30-07-2021, 15:40
Prezident sərəncam imzaladı
30-07-2021, 15:20
Məşhur azərbaycanlı ifaçıların işbirliyi bitdi
30-07-2021, 15:01
“Bir nəfər deyə bilməz ki, mən bu qətli törətmişəm” - General Rövşən Əkbərov
30-07-2021, 14:20
Azərbaycanda əhalini vaksinasiyaya cəlb etmək üçün həvəsləndirici addımlar atıla bilər - AÇIQLAMA
30-07-2021, 13:27
Azərbaycan Tokio-2020-də ilk medalını qazandı