Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatıldı
Gündəm / Siyasət
Oxunub: 32
15 Ekm 2021 | 12:57
Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatıldı
13 oktyabrda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib. Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.

Qeyd olunub ki, bu gün dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoyub. Bu səbəbdən də müvafiq orqanlar arasında əlaqələndirilib və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul edib, müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə olunmasının önəmini vurğulamış və tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzu edib.

Bugün, 18:30
Bu gün neçə nəfər yoluxub?
Bugün, 17:59
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanını qəbul etdi
Bugün, 15:49
"Azərbaycanın atdığı addımların qarşılığını Ermənistandan gözləyirik" - Ceyhun Bayramov
Bugün, 13:27
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı
Bugün, 13:00
Ərdoğanın Türkmənistana səfəri başladı
Bugün, 12:27
Şəmkirdə bazar yandı - VİDEO
Bugün, 12:00
Qadını şəkilləri ilə şantaj edərək qızıllarını alan şəxs saxlanıldı
Bugün, 11:32
Peskovdan üçtərəfli görüşlə bağlı AÇIQLAMA
Bugün, 11:15
Türkiyədə zəlzələ oldu
Bugün, 10:33
Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva... - TƏHLİL
Dün, 17:14
"Yaxşı nəticələr əldə olunacaq” - İlham Əliyev
Dün, 16:59
İlham Əliyev sülhməramlılardan DANIŞDI
Dün, 16:39
"Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” - Putin
Dün, 16:25
Yoluxanların sayı açıqlandı
Dün, 16:08
İlham Əliyev və Putin arasında ikitərəfli görüş başladı
Dün, 13:48
Tanınmış diktor vəfat etdi
Dün, 13:19
Ali məktəblərə qəbul proqramına dəyişiklik edildi
Dün, 12:47
Elman Rüstəmov bu vəzifəsini İTİRDİ - FOTO
Dün, 12:16
İlham Əliyev Soçiyə getdi
Dün, 11:51
Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutdu - FOTO
Dün, 10:56
Azərbaycanda Bələdiyyə Məcəlləsinin qəbul edilməsi təklif olunur
Dün, 10:15
Onu oğurlamaq istəyən şəxsin əlindən qurtulan 5-ci sinif şagirdi DANIŞDI - VİDEO
Dün, 09:52
İran Qasim Süleymanini öldürənləri edam edəcək
Dün, 09:34
Azərbaycanda hərbçi BIÇAQLANDI
Dün, 08:55
BAHALAŞMA MƏRƏZİ: Süni yaradılıb, yoxsa xaricdən gətirilib... - Məmurlarla ekspertlərin qiymət mübahisəsi
Dün, 08:30
Bu gün üçtərəfli görüş var - Diqqətlər Soçiyə
25-11-2021, 17:39
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ