Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət
Oxunub: 196
24 Kas 2021 | 08:46
Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?

Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Moskvadan vasitəçilik etməsini xahiş edib. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib. Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini təklif edib, İrəvan bu məqsədlə Moskvanı seçib: “Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər nə vaxtsa bu barədə danışıqlar olsa, məlumat verəcəyik”.

Xatırladaq ki, bu ilin avqust ayından etibarən Ermənistanın baş naziri və Türkiyə prezidenti qarşılıqlı müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər. Hətta Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan vurğulayıb ki, belə bir görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. Unanyan bəyan edib ki, Ankara və İrəvan arasında birbaşa danışıqlar olmayıb. Ermənistanın Türkiyə ilə münasibətlər qurmasında ABŞ da öz vasitəçiliyini təklif edib. Məlumat üçün bildirək ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan da “Le Figaro” nəşrinə müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı detalları açıqlayıb. Erməni nazir Türkiyənin şərtlər irəli sürdüyünü deyib: “Türkiyədən dialoqun bərpası üçün müsbət siqnallar almışıq, lakin bu, çətin olaraq qalır. Ankaranın bir neçə şərti var. Türkiyə dəhlizin açılmasını istəyir. Regionda bütün kommunikasiyalar açıq olmalıdır. Ankaranın bizimlə şərtlə danışması dialoqumuzun alınmasına çətinlik törədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İrəvanın Azərbaycanla məsələləri həll etmədən Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədilə Moskvaya müraciətinin arxasında hiyləgər gediş var. Politoloqun fikrincə, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb:

“Ankara Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edib. Bundan başqa Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmin et. Bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq. İrəvan isə bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyun pozucu olduğunu göstərməyə çalışır. Paşinyan ümid edir ki, Moskva da İrəvan kimi Ankaraya məsləhət görəcək ki, ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlasın. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına inanır”.
Dün, 16:34
Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA
Dün, 15:52
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
Dün, 14:35
Tələbə olmaq istəyən subbakalavrların nəzərinə! - Qeydiyyat BAŞLADI
Dün, 13:45
Parlament seçkiləri noyabrın 3-də keçirilməlidir, ancaq... - Məzahir Pənahovdan AÇIQLAMA
Dün, 13:14
İlham Əliyev Füzuliyə getdi
Dün, 12:53
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dün, 11:53
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO
Dün, 11:17
Komitə sədri boşanmalar və erkən nikahlardan DANIŞDI
Dün, 10:44
İsrail ordusu Rəfahda genişmiqyaslı hücuma başladı
Dün, 10:16
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR
Dün, 09:54
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Dün, 09:33
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dün, 09:06
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dün, 00:13
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
9-05-2024, 14:37
Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”
9-05-2024, 14:04
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
9-05-2024, 13:26
Sumqayıtda mənzildən meyit tapıldı
9-05-2024, 12:52
Şəkinin icra başçısının müavini vəfat etdi
9-05-2024, 11:56
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı
9-05-2024, 11:23
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9-05-2024, 10:48
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO
9-05-2024, 09:38
Faşizm üzərində qələbənin 79-cu ili
8-05-2024, 19:13
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
8-05-2024, 18:15
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar
8-05-2024, 17:42
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 17:30
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 15:34
Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO