Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - FOTO
Gündəm / Cəmiyyət
Oxunub: 18
15 Ock 2022 | 17:03
Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - FOTO

Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Niyə yaxın illərdə yox, məhz son aylarda bu kimi videogörüntülər geniş yayılır? Bəzi müəllimlərin ifadələrinə görə, bu kimi videolar çox vaxt bilərəkdən hazırlanır və çəkilir.

Sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıyır.

Onun sözlərinə görə, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı:

“Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə olan problemlər məktəbdə də var. Bizim məktəbimiz cəmiyyətimizə uyğundur. Amma cəmiyyətin narkomaniya, zərərli vərdişlər, vicdansızlıq kimi problemləri kənarda qaldığı halda, hamı məktəbin üzərinə düşür. Mən buna etirazımı bildirirəm”.

Ekspert qeyd edib ki, qüdrətli Azərbaycan görünür çoxlarında qıcıq yaradıb:

“Çalışırlar ki, Azərbaycan döyən yox, döyülən olsun. Bir az dərinə getsək, Azərbaycanda gedən prosesləri azərbaycanlılar yox, 3-cü, xarici əllər idarə etməyə çalışırlar. Güman edirəm ki, evdə, ailədə olan bəzi nöqsanları qonşudan gizlətdiyimiz kimi, məktəblərdəki hər qüsuru da cəmiyyətə çıxartmalı deyilik”.

Ş.Əsgərov şərəfli qələbədən, zəfərdən sonra belə hücumlara hər sahədə rast gəlinəcəyini söyləyib:

“Cəmiyyəti durultmağa yox, çürütməyə tərəf sürükləyən tərəflər hər sahədə aktivləşəcək. Məktəbə, müəllimə qarşı bu cür hörmətsizlik yaramaz. Müəllim əgər uşağı vurursa, bunu öz xeyrinə edir? Öz övladının sifarişi ilə vurur, ya uşağın anasından qisas alır? Əlbəttə, yox. Uşağın xeyrinə vurur. Bu, tənbehdir və uşağın xeyrinədi. Tənbehdən sonra adətən nə olur? İnsan düz yola qayıdır. Amma indi deyirlər ki, uşaq tənbeh olunmasın və düz yola qayıtmasın”.
Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - FOTO

Dün, 18:11
Prezidentdən Fatma Səttarova ilə bağlı SƏRƏNCAM
Dün, 18:00
Kolleclərə qəbul imtahanının vaxtı məlum oldu
Dün, 17:54
Nazir Ramiz Zeynalovun müavinini İŞDƏN ÇIXARDI - FOTO
Dün, 17:42
Buraxılış imtahanlarının vaxtı AÇIQLANDI
Dün, 15:40
TƏBİB-də yeni kadr təyinatı olub - FOTO
Dün, 15:17
Azərbaycanda karantin müddəti niyə 7 günə salındı?
Dün, 15:01
"Paşinyana o vaxt dəstək ola bilərəm ki, əşyalarını toplayıb getsin"
Dün, 14:43
Sabah hava necə olacaq?
Dün, 14:28
İranlı nazir Füzulidə - FOTOLAR
Dün, 14:04
Azərbaycanla bu ölkə arasındakı viza rejimi ləğv edildi
Dün, 13:50
İlham Əliyev bu qanunu təsdiqlədi
Dün, 13:33
"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Dün, 13:04
Nazirlik bələdiyyəni MƏHKƏMƏYƏ VERDİ
Dün, 12:40
Prezident bu xanımı sədr müavini TƏYİN ETDİ - FOTO
Dün, 12:28
Bu ölkənin prezidenti hərbçilər tərəfindən SAXLANILDI
Dün, 12:21
Prezident İlham Əliyev tarixə adını qalib sərkərdə kimi yazan ölkə başçısıdır.
Dün, 11:38
"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Dün, 10:55
DİN Bərdədəki qətllə bağlı MƏLUMAT YAYDI
Dün, 10:34
Ermənistan prezidenti ölkədən qaçıb?
Dün, 10:03
"Ötən il qeydə alınan cinayətlərin 87,3 faizinin üstü açılıb" - Kamran Əliyev
Dün, 09:32
Daha 16 nəfər toylara görə cərimələndi
Dün, 09:08
Sumqayıtda ev yandı - Ölən var
Dün, 08:53
Sarkisyan səlahiyyətlərini o icra edəcək
Dün, 07:34
Bu günün HAVA PROQNOZU açıqlandı
Dün, 07:22
"Hər şey əladır" - Müşfiq Abbasovdan qəribə AÇIQLAMA
22-01-2022, 23:42
Bakıda dicey intihar etdi
22-01-2022, 23:00
Çin lideri Putindən Ukraynada "müharibə" başlatmamasını istədi