Diaspor Komitəsində kollegiya iclası keçirildi - FOTO
Gündəm / Cəmiyyət
Oxunub: 105
23 Ock 2023 | 10:55
Diaspor Komitəsində kollegiya iclası keçirildi - FOTO


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində 2022-ci ilin yekunlarına və 2023-cü ilin fəaliyyət planına həsr olunmuş geniş tərkibli Kollegiya iclası keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiyanı açıq elan edən Komitə sədri Fuad Muradov 2022-ci ilin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində və Azərbaycan diaspor hərəkatının tarixində əhəmiyyətli yer tutduğunu bildirib, komitənin və diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Qeyd edib ki, ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı və Diaspor Gənclərinin III Yay Düşərgəsi kimi mühüm tədbirlər keçirilib, Komitənin 20 illik yubileyi Hadrutda əsgər və zabitlərimizlə birlikdə qeyd olunub. İl ərzində Dövlət Komitəsi Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, maddi-mənəvi irsin kütləvi təbliği, lobbiçiliyin təkamülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirib, soydaşlarımızın birliyi və azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirib.

Bildirilib ki, hesabat dövründə Azərbaycan diasporu xüsusi aktiv olub, nümunəvi yekdillik və mütəşəkkillik göstərib. Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın 40 ölkəsində Ermənistan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirilib. Ermənistanın 12-14 sentyabr təxribatı ilə əlaqədar Azərbaycan diaspor təşkilatları Avropanın aparıcı paytaxtlarında və şəhərlərində aksiyalar keçirərək, Ermənistan rəhbərliyinə etirazlarını bildiriblər. Ümumilikdə diaspor fəalları yaşadıqları ölkələrin ictimai-siyasi dairələrinə və dövlət-hökumət nümayəndələrinə təxribat barədə 70, diaspor təşkilatları isə 143 müraciət və bəyanat ünvanlayıblar.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq diaspor fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya şuralarının və Azərbaycan evlərinin, eləcə də həftəsonu Qarabağ və Bazar günü məktəblərinin sayının 2023-cü ildə də artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra DİDK-nın şöbə müdirlərinin hesabatı dinlənilib. Kollegiya iclası Prezidentin sərəncamı ilə təltif olunmuş komitə əməkdaşlarına orden və medalların təqdim olunması ilə yekunlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Komitə sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 8 əməkdaş “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Prezidentin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin 3 əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Diaspor Komitəsində kollegiya iclası keçirildi - FOTO
Diaspor Komitəsində kollegiya iclası keçirildi - FOTO
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam