Qardaşlıq münasibətlərin rəmzi
Gündəm / Cəmiyyət
Oxunub: 102
6 Ara 2023 | 12:46
Qardaşlıq münasibətlərin rəmzi

Səbuhi Əhmədov
Qaçqınkomun Mənzil İstismar Departamentinin direktoru


44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu bu Zəfərimizdən əvvəl də işğalçı dövlətə dəfələrlə dərs vermişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Lakin Ermənistan bu dərslərdən nəticə çıxarmadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. İşğalçı dövlət tarixdə heç zaman unuda bilməyəcəyi dərsi aldı.

10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirak etdiyi paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursatı, hərbi texnikaları da nümayiş olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində daim düşmənin döyüş meydanında məhv edilən və qənimət kimi götürülən hərbi texnikası barədə ətraflı məlumat verərək bunların Azadlıq meydanında keçiriləcək hərbi paradda nümayiş etdirələcəyini bildirirdi. Cənab İlham Əliyev müharibəni böyük Qələbə ilə başa vuracağımıza əmin idi. Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi belə bir əminliyə əsas verirdi. 30 illik işğal dövründə ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna edilməməsi də Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə inamdan irəli gəlirdi.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Zəfərimizin əbədiləşdirilməsi, təbliği məqsədilə Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən, düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Silahlı Qüvvələrimiz qarşısında dayanan bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciətində bəyan etdi: “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Qeyd etdiyimiz kimi, Zəfər paradı Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun nümayişi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dostluğun sarsılmazlığını belə ifadə etdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.” Tarixi Zəfərimizdən çox keçmədi ki 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşada Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi üçün yol xəritəsi olan Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd dünyaya növbəti mesaj oldu: Dünya miqyasında Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur.
Bugün, 14:36
İdmançımız Paris Olimpiadasında 1/4 finala çıxdı
Bugün, 13:58
Parisdə Olimpiada açılışında səhvlər…
Bugün, 13:10
Telefonla bizi necə izləyirlər? - Video
Bugün, 12:10
Türkiyədə 3+3 görüşü: Mirzoyan qatılacaqmı?
Bugün, 11:01
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Bugün, 10:03
1 yaşlı körpə hovuza düşərək boğuldu
Dün, 16:30
İlham Əliyev 2 fərman imzaladı
Dün, 15:56
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Dün, 15:15
Amerikalı səyyah: Dinc sakinlərin ölümü faciədir
Dün, 14:30
“EuroAirport” terminalı boşaldılıb, uçuşlar dayandırılıb
Dün, 13:20
Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq
Dün, 12:34
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH
Dün, 11:47
Müəllim olmaq istəyən şəhid ailəsi üzvləri üçün vakansiya seçimi başlayıb
Dün, 11:09
Paris-2024: Kanada millisinin baş məşqçisi drondan istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb
Dün, 10:19
ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh müqaviləsini imzalamağın vaxtı çatıb
Dün, 09:31
Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib
Dün, 08:58
Rusiyaya Zəngəzur dəhlizi lazımdırmı? - Qabrielyan
25-07-2024, 17:00
​​​​​​​Bakı-Pekin iqtisadi tərəfdaşlığı - liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib - ŞƏRH
25-07-2024, 16:29
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
25-07-2024, 15:06
Qonşuda istiyə görə banklar 4 gün işləməyəcək
25-07-2024, 14:17
Bakıdakı bu heykəllər restavrasiya ediləcək
25-07-2024, 13:36
Azərbaycanda vəzifəli şəxs otağında öldü
25-07-2024, 12:52
Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək
25-07-2024, 12:06
Məişət zorakılığından zərər çəkənlərə hüquqi yardım göstəriləcək
25-07-2024, 11:39
Rüsum qalxır, araq içənlərin sayı da sürətlə artır
25-07-2024, 09:41
Paris-2024: Azərbaycanın ilk təmsilçisi bu gün mübarizəyə başlayır
25-07-2024, 09:04
Günün qoroskopu: Gərəksiz əşyalardan qurtulmağa çalışın