Daha iki nəfərdə də qarayara aşkarlandı - Rəsmi
Gündəm / Cəmiyyət
Oxunub: 0
10 Haz 2024 | 11:57
Daha iki nəfərdə də qarayara aşkarlandı - Rəsmi

Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.

Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirib.

Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.

Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.
Bugün, 11:41
Konfransımızın bu gün keçirilməsi təsadüfi deyil - Spiker
Dün, 16:17
Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib
Dün, 15:36
Ermənistanın çıxış yolu – Qərbi Azərbaycan reallığının etirafı - ANALİZ
Dün, 15:05
Milli Məclisdə beynəlxalq konfrans keçiriləcək
Dün, 14:14
Makron istefa verməyəcəyini BƏYAN ETDİ
Dün, 13:07
Sülh danışıqları dalana dirənib? - İrəvan AÇIQLAMA VERDİ
Dün, 12:27
Fernandu Santuş istefaya göndərilir?
Dün, 11:41
Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirləri öldürülüb
Dün, 10:26
Beyləqanda avtomobillər toqquşub, iki nəfər ölüb
Dün, 09:43
Neftin bu günə olan qiyməti
Dün, 08:58
Kiyev müharibəni uduzur, Tramp məcbur edəcək - Niderland
5-12-2024, 18:23
Hakimlər otağına hücum çəkən məşqçiyə ağır cəza
5-12-2024, 17:18
Mərkəzi Bankda yeni - Təyinatlar
5-12-2024, 16:41
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
5-12-2024, 15:58
Nəbatat Bağına giriş neçəyədir?
5-12-2024, 15:14
Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib
5-12-2024, 14:35
Bir qrup şəxsə “Tərəqqi” medalı verildi - Siyahı
5-12-2024, 13:56
Bayramovla Mirzoyanın Maltada görüşü olacaq?
5-12-2024, 13:11
Zelenski Gürcüstandan onlara sanksiya tətbiq etdi - Siyahı
5-12-2024, 12:27
Bu dərmanları satanlar 11 min manatadək cərimələnəcək
5-12-2024, 11:46
İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var
5-12-2024, 10:30
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır
5-12-2024, 09:55
İlham Əliyev: Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır
5-12-2024, 09:30
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb
5-12-2024, 08:47
BİZİM TƏQVİM: 5 dekabrda baş vermiş tarixi hadisələr
4-12-2024, 16:27
Müdafiə Sənayesi Nazirliyi yeni şirkət yaradıb - Nizamnamə kapitalı 6 milyon manat
4-12-2024, 16:08
Bakıda nə qədər əhali yaşayır? - RƏSMİ