Sertifikasiya olunmuş müəllimlərin tam statistikası: keçənlər, kəsilənlər...
Gündəm / Təhsil
Oxunub: 83
14 Mrt 2025 | 09:39
Sertifikasiya olunmuş müəllimlərin tam statistikası: keçənlər, kəsilənlər...

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib.

Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib.

Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib.

Təkcə ötən il 24 100 müəllim sertifikatlaşdırmaya cəlb edilib. İmtahanların nəticələrinə əsasən, 20 200 müəllim uğur qazanıb.

Bundan başqa, əvvəllər sertifikasiyanın test imtahanı mərhələsində keçid balı toplaya bilməyən 7 300 müəllim də 2024-cü ildə təkrar sertifikatlaşdırmaya cəlb edilib. Onlardan 3 400 müəllim prosesdən uğurla çıxıb. Təkrar sertifikatlaşdırmadan kəsilən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə xitam verilib.

Beləliklə, ümumilikdə 2024-cü ildə sertifikatlaşdırmadan uğurla keçmiş 23 500 müəllimdən  9 min nəfərin vəzifə maaşına 35%, 14 500 nəfərin vəzifə maaşına isə 10% əlavə tətbiq edilib.
Dün, 16:30
Rusiya “Taliban”ı tanıdı – Əfqanıstan uğrunda yeni mübarizə - ŞƏRH
Dün, 15:47
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu
Dün, 15:29
Əraqçi Putinin bu il Tehrana səfər edəcəyinə ümid edir
Dün, 14:55
Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb
Dün, 14:35
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dün, 14:14
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Dün, 13:03
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək
Dün, 12:20
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Dün, 11:57
Bəzi çaylarda suyun səviyyəsi artıb
Dün, 11:40
Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Dün, 11:08
Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib
Dün, 10:45
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb
Dün, 09:59
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
17-04-2025, 16:49
Ödənişli yolda avtomobil suyun altında qalıbmış... - Video
17-04-2025, 16:25
Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
17-04-2025, 15:56
Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi
17-04-2025, 15:31
Deputatlar Dağıstana gedir - SƏBƏB
17-04-2025, 14:35
"Sərhədçi"nin basketbolçusu: "Hər maçtda qalib gələ bilərik"
17-04-2025, 14:12
Bayramov: Azərbaycan və Sloveniya arasında ticari münasibətlərində müsbət dinamika müşahidə olunur
17-04-2025, 13:03
Sabah Qaxın 26 kəndində qaz olmayacaq
17-04-2025, 12:28
Azərbaycanın neft koksunun ixracından qazancı 3 dəfəyə yaxın artıb
17-04-2025, 12:12
Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - RƏSMİ
17-04-2025, 11:22
Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
17-04-2025, 10:46
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin baş katibi istefa verib
17-04-2025, 10:21
İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
17-04-2025, 09:30
Azərbaycan neftinin qiyməti 68 dolları ötüb
16-04-2025, 18:14
Gürcüstan prezidenti İrəvana gedir