Şəhid kapitanımızın 35 yaşı tamam olur.
24-01-2021, 18:30
78 dəfə baxılıb
Bu gün Azərbaycan prezidentinin sərəncamı ilə ölmündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilən Azərbaycan ordusunun zabiti kapitan Nəcəf Şikar oğlu Şikarovun anadan olduğu gündür.
Allah rəhmət eləsin!
Şəhidlik məqamında
Qərar tutun zəfərlə
Öyünür ana torpaq
Göstərdiyin hünərlə
Xocavənd də üz-üzə
Düşmən ilə dayandın
Vətəni azad görmək
Olmuşdu körpə andın
Minlərlə şəhid kimi
Bu dünyadan doymadın
Yurdun Azərbaycanı
Heç vaxt darda qoymadın.
Aldın yağı düşməndən
Atanın qisasını
Yaşadın sən şərəflə
Mərd ömrün qısasını
İndi daha azaddır
Zirvəsi qarlı Murov
Uğrunda şəhid oldu
Oğlun Nəcəf Şukarov
Mübariz Ağaxan oğlu Süleymanlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ