Sabiq MTN rəisinin vəkili DANIŞDI - “5 ildir məni ailə üzvü kimi qəbul edirlər”
"Heç bir karantin qaydasını pozmamışam".
Bunu Qaynarinfo-ya ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov sosial şəbəkədə yayılan fotodan, karantin qaydalarının pozulması ilə bağlı ittihamlara aydınlıq gətirərkən deyib.
5 ildir ki, bu işi aparan vəkil artıq ailə üzvü kimi qəbul edildiyini bildirib:
"Hələ də başa düşmürlər ki, söhbət nədən gedir. Akif müəllim buraxılandan sonra evə gəldik. Evdə 4-5 nəfər ailə üzvləri vardı. Getmək istəyərkən icazə vermədilər, dedilər, bir tikə çörək yeyin, sonra gedərsiniz. Biz də oturduq. Burda axı nə var? Ailə üzvləri onsuz da bir yerdədir. Bizi də 5 ildir bu işi apardığmızdan ailə üzvü kimi qəbul edirlər".