Azərbaycan QHT-si ilkə imza atdı: Beynəlxalq QHT Alyansına üzv qəbul edildi
Sosial
Oxunub: 0
28 May 2024 | 10:30
Azərbaycan QHT-si ilkə imza atdı: Beynəlxalq QHT Alyansına üzv qəbul edildi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansına (Alliance of NGOs on Crime Prevention and Criminal Justice) üzv qəbul edilib. ( https://crimealliance.org/members/ )Məlumatı QHT-nin sədri Büllur Məmmədova verib.

Sədr xatırladıb ki, bu ilin aprel ayında isə rəhbərlik etdiyi təşkilat Narkotiklər üzrə Vyana QHT Komitəsinə (VNGOC) üzv qəbul edilmişdir.Büllur Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi ictimai birlik Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansına üzv qəbul edilən Azərbaycan vətəndaş cəmiyyətinin ilk üzvüdür. O vurğulayıb ki, bu mühüm hadisələr təşkilatın əsas məqsədi olan gənclərimizin antinarkomaniya sahəsində maarifləndirilməsində, narkotik və narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlərə dəstək göstərilməsində müasir bilik və təcrübə toplamağa imkan yaradacaq. Sədr deyib ki, Alyansa və VNGOC-a üzv olmaqla “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi həmçinin beynəlxalq əlaqələri inkişaf etdirmək üçün geniş fürsət qazanır. Bununla təşkilat iki və çoxtərəfli əlaqələri qurmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin müsbət təcrübələrini ölkəmizə gətirmək imkanı qazanır. Büllur Məmmədova bildirib ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin Alyansa və VNGOC-a üzv qəbul olunması təşkilatın qarşısında inkişafı baxımından böyük perspektivlər açır və bunların hər biri qiymətləndiriləcək, gənclərimizin sağlam gələcəyi naminə bütün lazımi addımlar atılacaq.Qeyd edək ki, Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti üzrə QHT-lərin Alyansı cinayət və ədalət məsələlərinə dair çoxtərəfli müzakirələrdə vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsində və qorunmasında aparıcı rol oynayır. Alyans həmçinin vətəndaş cəmiyyətinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), onun idarəetmə və müqavilə qurumları, diplomatik ictimaiyyətlə əlaqəsini koordinasiya edən Vyanada yerləşən üç çətir təşkilatından biridir. Bundan başqa, QHT-lərin Alyansı cinayətin qarşısının alınması və ədalətli cinayət mühakiməsi ilə bağlı BMT prosesləri ilə konstruktiv və effektiv əlaqəni asanlaşdırmaq üçün vətəndaş cəmiyyətini istiqamətləndirir və əlaqələndirir.Onu da xatırlatmaq lazımdır ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin üzv qəbul edildiyi digər beynəlxalq qurum olan Vyana Qeyri-Hökumət Təşkilat Komitəsi (VNGOC) narkotik siyasətinin müəyyən edilməsində iştirak edən QHT-ləri və Vyana mərkəzli agentlikləri əlaqələndirir. 1983-cü ildə yaradılmış VNGOC mühüm hadisələrin və QHT-lərlə BMT sistemi arasında əlaqələrin asanlaşdırılmasında zəngin tarixə və təcrübəyə malikdir.
Bugün, 14:08
Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Bugün, 13:24
Azərbaycanda bu il yük daşımaları 3 % artıb
Bugün, 12:55
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bugün, 11:53
Azərbaycanda 16 yaşlı qız 33 yaşlı kişiyə ərə verilir
Bugün, 11:17
BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır ?
Bugün, 10:11
Paşinyan Albaniyaya işgüzar səfərə yollanıb
Bugün, 09:37
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 09:10
Şamaxıda zəlzələ olub
Dün, 18:01
ABŞ Prezidenti: Suriyalı həmkarımla görüş əla keçdi
Dün, 16:50
İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
Dün, 14:37
Azərbaycanın yeni Hərbi prokuroru kollektivə təqdim olunub
Dün, 14:13
İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir - YENİLƏNİB
Dün, 12:45
Traktor sürənlərin nəzərinə: Bu yollara çıxmayın!
Dün, 12:04
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
Dün, 10:36
Aİ Ukrayna kənd təsərrüfatı məhsullarına rüsumları iyundan artıra bilər
Dün, 09:58
Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Dün, 09:32
Ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU
13-05-2025, 18:07
Paşinyan: Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik
13-05-2025, 17:41
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
13-05-2025, 17:14
Almaniya səfiri: "Avropanın "yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır"
13-05-2025, 16:09
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13-05-2025, 14:37
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH
13-05-2025, 13:19
Liviyada baş vermiş toqquşmalar nəticəsində altı nəfər həlak olub - YENİLƏNİB
13-05-2025, 12:13
Xankəndidə ikinci məktəb açılacaq
13-05-2025, 11:32
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
13-05-2025, 10:42
Samir Rzayev: "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır"
13-05-2025, 09:51
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb