xeberler.org
xeberler.org

DİM-in elektron xidmətləri fəaliyyətini dayandırır - XƏBƏRDARLIQ

12-03-2021, 10:12 43 dəfə baxılıb

DİM-in elektron xidmətləri fəaliyyətini dayandırır - XƏBƏRDARLIQ



Dövlət İmtahan Mərkəzi (DİM) qurumun elektron xidmətlərindən istifadə edən şəxslərə müraciət edib.

DİM-dən verilən məlumata görə, məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA