Azərbaycanda ən çox bu məhsullar bahalaşıb - SİYAHI
Gündəm / Şou
Oxunub: 261
19 Nis 2021 | 13:20
Azərbaycanda ən çox bu məhsullar bahalaşıb - SİYAHIÖtən il olduğu kimi, bu il də ərzaq qiymətlərində yüksək artım müşahidə edilir. Rəsmi məlumatlara əsasən ərzaq məhsulları ümumən 4,8 faiz bahalaşıb. Lakin elə məhsullar var ki, onların qiymətində artım daha yüksəkdir. Hətta bəzilərində bahalaşma sürəti ikirəqəmlə ifadə edilir.
Xeberler.org rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin martında ötən ilin martına nisbətən dəyəri 10 faizdən artıq yüksələn məhsullarının sayı 25-dən çoxdur. Bunların arasında həm kənd təsərrüfatı, həm də sənaye məhsulları var.

Dəyəri ən çox artan ərzaq məhsulu qarabaşaq yarmasıdır. Bu məhsul bir il ərzində 34 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı orta hesabla 1,96 manata satılan qarabaşağın qiyməti bu ilin martında 2,63 manata yüksəlib.
Duru yağlar da çox bahalaşıb. Günəbaxan yağının qiyməti son bir il ərzində 26 faiz artıb. Əvvəlki ildə litri 2,9 manat olan günəbaxan yağları bu il 3,65 manata satılır. Qarğıdalı yağı da çox bahalaşıb. Qarğıdalı yağının dəyəri 4,3 manatdan 5,05 manata qədər artıb. İl ərzində qarğıdalı yağı 16,8 faiz bahalaşıb.
Bu il süd məhsullarının və yumurtanın qiymətində ciddi artım müşahidə edilir. Süd məhsullarından kəsmiyin orta qiyməti martda 19,5 faiz artıb. Əvvəllər 7,6 manata satılan kəsmik ötən ay 9,07 manata alıcı tapıb. Şor da kəskin bahalaşıb. Şorun qiyməti 12,3 faiz dəyər qazanaraq 2,9 manatdan 3,25 manata yüksəlib.

Toyuq yumurtası isə 19,4 faiz bahalaşıb. Ötən ilin martında 10 ədədi 1,66 manat olan yumurta bu ilin martında 1,98 manata satılıb.
Bahalaşma "yarışında” meyvələr də geri qalmır. Bəzi meyvələrdə qiymət artımı iki rəqəmlə ifadə olunur. Meyvələrin arasında bahalaşma çempionu naringidir. Bu məhsulun dəyəri 28 faiz artaraq 2,34 manatdan 3 manata yüksəlib. Almanın qiyməti də xeyli dərəcədə artıb. Ötən ilin martında orta qiyməti 1,77 manat olan alma hazırda 2,05 manata alıcı tapır. Bir ildə alma 16 faizə yaxın bahalaşıb.
Tərərəvəzlər arasında da dəyəri kəskin artan məhsullar var. İstixana xiyarının qiyməti 27 faiz artaraq 3,94 manata, göy lobyanın qiyməti 23 faiz artaraq 2,4 manata, yerkökünün dəyəri 19 faiz artaraq 1,05 manata, çuğundurun qiyməti 13,4 faiz yüksələrək 0,85 manata, quru noxud 13,3 faiz bahalaşaraq 3,6 manata, mərci 13 faiz bahalaşaraq 2,85 manata çatıb.
Dəyəri on faizdən artıq yüksələn ərzaq malları arasında şəkər və şirniyyat məhsullarına da rast gəlinir. Şəkər tozu bir il ərzində 19,6 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı 1,07 manat olan şəkər tozunun qiyməti hazırda 1,3 manatdır.

Qənd 12,6 faiz bahalaşıb. Bir il ərzində qəndin kiloqramının dəyəri 1,77 manatdan 2 manata yüksəlib.
Son bir ildə əsas istehlak mallarından olan süfrə duzu 10,5 faiz (0,66 manatdan 0,73 manata), uşaq qidaları 10,7 faiz (9,4 manatdan 10,4 manata) bahalaşıb.

Ərzaq məhsulları arasında ucuzlaşan mallar da var. Amma bunların sayı olduqca azdır, ucuzlaşma nisbəti isə kiçikdir. Əsas ərzaq məhsulları arasında mal əti 2,3 faiz, mal ciyəri 1,14 faiz ucuzlaşıb.
Meyvələrdən şabalıd 4,7 faiz, tərəvəzlərdən badımcan 18,5 faiz, ağ kələm 8 faizə yaxın, şirin bibər 5 faiz, kartof 3 faiz dəyər itirib. Bu il quru meyvələrin bir çoxu dəyər itirib. O cümlədən xurma 7 faiz, alça 4 faiz ucuzlaşıb.

Ümumiləşdirsək, son bir ildə ərzaq məhsullarından tərəvəzlər 4,9 faiz, çörək 5 faiz, şəkər və şirniyyat məhsulları 5,5 faiz, süd və süd məhsulları 7,3 faiz, meyvələr 9,1 faiz dəyər qazanıb. Bu müddətdə yalnız ət və ət məhsulları 0,4 faiz ucuzlaşıb.
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib