xeberler.org
xeberler.org

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? - Prezident cavabladı

13-04-2021, 14:22 30 dəfə baxılıb



Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? - Prezident cavabladı

“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.

“Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq?” barədə suala cavab verən dövlət başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA