“Buta Airways” Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır
Gündəm / İqtisadiyyat
Oxunub: 269
3 May 2021 | 17:13

“Buta Airways” Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır.
Bu barədə “Buta Airways” məlumat yayıb.

Uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat xidmətləri daxildir.
Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Bakı-Həştərxan istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/russia

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/azerbaijan
Həştərxan-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib

https://www.butaairways.az/az/covid/azerbaijan

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsinin əks olunduğu sənəddə həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.
Dün, 16:34
Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA
Dün, 15:52
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
Dün, 14:35
Tələbə olmaq istəyən subbakalavrların nəzərinə! - Qeydiyyat BAŞLADI
Dün, 13:45
Parlament seçkiləri noyabrın 3-də keçirilməlidir, ancaq... - Məzahir Pənahovdan AÇIQLAMA
Dün, 13:14
İlham Əliyev Füzuliyə getdi
Dün, 12:53
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dün, 11:53
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO
Dün, 11:17
Komitə sədri boşanmalar və erkən nikahlardan DANIŞDI
Dün, 10:44
İsrail ordusu Rəfahda genişmiqyaslı hücuma başladı
Dün, 10:16
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR
Dün, 09:54
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Dün, 09:33
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dün, 09:06
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dün, 00:13
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
9-05-2024, 14:37
Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”
9-05-2024, 14:04
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
9-05-2024, 13:26
Sumqayıtda mənzildən meyit tapıldı
9-05-2024, 12:52
Şəkinin icra başçısının müavini vəfat etdi
9-05-2024, 11:56
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı
9-05-2024, 11:23
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9-05-2024, 10:48
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO
9-05-2024, 09:38
Faşizm üzərində qələbənin 79-cu ili
8-05-2024, 19:13
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
8-05-2024, 18:15
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar
8-05-2024, 17:42
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 17:30
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 15:34
Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO