Azərbaycan rəhbərliyinin ona çoxlu sualları yığılıb qalıb... - Moskvanın da Bakıdan istəkləri var
Gündəm / Siyasət
Oxunub: 225
4 May 2021 | 08:57
Azərbaycan rəhbərliyinin ona çoxlu sualları yığılıb qalıb... - Moskvanın da Bakıdan istəkləri var
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana və Azərbaycana səfərə hazırlaşır. Bu barədə yayılan rəsmi açıqlamada bildirilir ki, nazir mayın 5-6-da Ermənistanda, mayın 10-11-də isə Azərbaycanda olacaq.

Maraqlıdır, Lavrov ənənəyə uyğun olmayaraq Cənubi Qafqaz ölkələrinə bir həftə fərqlə səfər edəcək. Adətən Rusiya, eləcə də digər dövlətlərin rəsmiləri qonşu ölkələrə ziyarətlərini ard-arda gerçəkləşdirirlər. Lavrovun Ermənistana səfərini tamamladıqdan sonra qonşuluqdakı Azərbaycana keçməsi həm vaxta, həm də pula (səfər xərcləri) qənaət baxımından daha məntiqli olardı. Amma səfər proqramına əsasən o, ayın 6-da İrəvandan Moskvaya dönəcək və 4 gün sonra Bakıya gələcək. Görünür, Moskvanın Ermənistan və Azərbaycanla fərqli müzakirə gündəmi var. Eyni zamanda, ola bilər ki, Lavrov İrəvanda apardığı müzakirələrin nəticələrini Putinlə bölüşəcək və Bakıya səfər öncəsi ondan müvafiq təlimatlar alacaq. Hər iki paytaxtda ümumi müzakirə mövzusu əlbəttə ki, Qarabağ və Rusiya sülhməramlı qüvvələrinin oradakı fəaliyyəti olacaq. Amma ikitərəfli münaibətlərdə fərqli məqamlar mövcuddur.

Lavrovun Bakıya səfəri Azərbaycan – Rusiya münasibətlərində sualların artdığı, hətta narazılığın yarandığı dövrə təsadüf edir. Bu suallar Qarabağda baş verənlər də daxil olmaqla, xeyli məsələləri əhatə etməkdədir. Azərbaycanın əsas istəyi müharibəni yekunlaşdıran 10 noyabr 2020-ci il razılaşmasının tam yerinə yetirilməsidir. Bura erməni ordusunun qalıqlarının Qarabağdan çıxarılması, daxili kommunikasiyaların, o cümlədən Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam şəkildə açılması, azərbaycanlı köçkünlərin geri qaytarılmasına BMT missiyasının cəlb olunması və s. daxildir. Laçın dəhlizinə paralel yolun inşası ilə bağlı ilkin müzakirələrin başlamasına da ehtiyac var. Müharibədən keçən 6 ay ərzində bu məsələ hələ ki gündəmə gətirilməyib.

Bundan başqa, rəsmi Bakının ciddi narazılığına səbəb olan məsələlər də var. İlk növbədə söhbət Rusiyanın Xankəndindəki separatçı rejimin fəaliyyətinə şərait yaratmasından gedir. Məlumdur ki, Rusiya rəhbərliyinin Qarabağın Azərbaycana məxsus olduğu barədə bəyanatları var və Moskva Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyır. Amma sülhməramlıların, Rusiya Müdafiə Nazirliyinin, Rusiya siyasi dairələrinin erməni separatçılarına dəstək verməsi rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Kremlin himayəsi ilə qondarma rejimin “parlament”i rus dilini “ikinci rəsmi dil” elan edib, Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi Araik Arutunyan isə Moskvaya səfərlər edir.

İki ölkə arasında cari problemlərə gəldikdə, ilk növbədə qeyd edilməlidir ki, müharibə zamanı Şuşaya “İskəndər-M” operativ-taktiki raketinın atılması ilə bağlı Bakının sorğusuna Moskvadan adekvat reaksiya verilməyib. Rusiya rəsmilərinin bu barədə açıqlamaları qeyri-ciddi təəssürat bağışlayır. Paralel olaraq, Qarabağa səfərlərin Azərbaycan rəhbərliyi ilə razılaşdırılmaması, Ermənistan ordusunun Rusiyanın iştirakı ilə yenidən qurulmasına hazırlıq aparılması da Bakıda ciddi narazılıq doğurur.

Rusiyanın Qarabağ məsələsi ətrafında beynəlxalq fəaliyyəti də Azərbaycan rəhbərliyində suallar yaradır. Məsələn, Putin və Makron arasında son telefon söhbətində Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsi və hansısa yeni təşəbbüslərin hazırlanması müzakirə olunub. Bu məsələ Azərbaycan üçün aydın deyil.

Ehtimal etmək olar ki, bütün bu məsələlər Bakıda Lavrovla geniş müzakirə ediləcək.

Öz növbəsində rusiyalı nazirin də Azərbaycan rəhbərliyi qarşısında bir neçə məsələni qaldırması istisna deyil. Rəsmi Moskva Qarabağa yerləşdirdiyi sülhməramlılara ayrıca saziş əsasında rəsmi mandat verilməsini istəyir. Bu, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli, yaxud Bakı ilə Moskva arasında ikitərəfli müqavilə şəklində ola bilər. Rəsmi Bakı bu məsələdə tələsmir və əslində sülhməramlılara hüquqi status verilməsində maraqlı deyil. Bakıdakı görüşdə bu məsələdə Rusiya üçün müsbət nəticə əldə olunacağı inandırıcı görünmür.

Rusiyanın əsas istəklərindən biri də yaxın gələcəkdə Azərbaycanı öz nəzarətindəki iqtisadi, hərbi birliklərə qoşmaqdır. Lavrov Azərbaycanın ilk növbədə Avrasiya İqtisadi İttifaqı və mümkündür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyə necə yanaşdığını öyrənmək istəyəcək. Ermənistan hələlik Azərbaycanı bu birliklərdə görmək istəmir. Aprelin 29-30-da Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında Azərbaycan heyətinin müşahidəçi qismində iştirakı məsələsinə Ermənistan tərəfindən veto qoyulub.

Rusiyanın məmnun olmadığı məsələlərdən biri də Azərbaycanın Türkiyə ilə hərbi-siyasi ittifaqını dərinləşdirməsidir. Məlumdur ki, Azərbaycan ordusu Türkiyə-NATO standartları ilə yenidən təşkil olunur, hərbi arsenalı bu ölkənin müdafiə sənayesinin müasir silahları ilə yenilənir. Son illər Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığını azaldıb və bu ölkə ilə yeni alqı-satqı müqavilələri imzalamayıb. Bütün bunlar Moskvanın Bakıda təsir “rıçaq”larının məhdudlaşması deməkdir. Xatırladaq ki, Azərbaycan uzun illər Rusiyadan milyardlarla dollar dəyərində silahlar alsa da, Moskva bu sahədə üzərinə düşən öhdəlikləri axıra qədər yerinə yetirməyib. Hərbi mənbələr bildirirlər ki, 5-6 il əvvəl ödənişi edilmiş müqavilələr üzrə təchizat hələ də başa çatdırılmayıb. Bu da Azərbaycanı Türkiyə, İsrail, Ukrayna kimi ölkələrlə hərbi-texniki əməkdaşlığı gücləndirməyə vadar edib. Ümumən Bakı həm də mənbələrini çeşidləndirir ki, silahlanma sahəsində Rusiyadan asılı olmasın.

Beləliklə, Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı masada xeyli önəmli mövzu olacaq. //pressklub.az//
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
22-04-2024, 12:05
Prezident Rusiyadadır
22-04-2024, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
22-04-2024, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
22-04-2024, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
22-04-2024, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
22-04-2024, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur