Həkimlər də dilə gəldi: “Ölkədə həyat normallaşmalıdır” - NƏ ETMƏLİ?
Gündəm / Səhiyyə
Oxunub: 328
20 May 2021 | 08:54
Həkimlər də dilə gəldi: “Ölkədə həyat normallaşmalıdır” - NƏ ETMƏLİ?

Həftəsonu ictimai nəqliyyatın işləməməsi bir çox insanın həyatını çətinləşdirməkdə davam edir. Həfətiçi iş başında olan, səhər işə, axşam evə güclə çatan insanlar istirahət və digər işlərini yerinə yetirə bilmək üçün ümidini həftəsonuna bağlayır.

Amma həftəsonu ictimai nəqliyyat işləmədiyinə görə evdən çıxmaq istəyənlər, bəlkə də bir aylıq yolpulunu bircə gündə taksiyə vermək məcburiyyətində qalırlar. Taksilərdə isə qiymət həftəiçi ilə müqayisədə həftəsonu artmış olur. Buna səbəb də bəzən tələbatın artması, bəzən də sadəcə fürsətdən istifadə hallarıdır.

Qarşıdan da isti yay günləri gəlir. Qışdan yorğun çıxmış insanlar dincəlmək, immunitetlərini gücləndirmək istəsələr, ya bu istəyindən vaz keçib evində dörd divar arasında oturmalı, ya da əli cibində olmalıdırlar.

Bəs belə davam edəcəyi halda ictimai nəqliyyatın həftəsonu işləməməsinin bizə xeyiri çoxdur, yoxsa ziyanı? Bu problemə bir alternativ həll tapmaq mümkün deyilmi? Yoluxma sayında da azalmanı nəzərə alsaq, bu qaydada dəyişiklik edilməsini gözləmək olarmı?

AYNA suallarını mütəxəssislərə ünvanlayıb, cavab tapmağa çalışıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib ki, ictimai nəqliyyatın işləməməsi təmasların məhdudlaşmasına yönələn bir addımdır: “Həftəsonu ictimai nəqliyyatın işləməsi ilə bağlı məhdudiyyət də karantin qaydalarının bir parçasıdır. Yəqin ki müəyyən yumşalmalara gedilsə, bu məsələ də öz həllini tapar. İnsanların yay aylarında normal dincəlməsi, günəşə çıxması, çimərliyə getməsi onların sağlamlığı üçün mühümdür. Düşünürəm ki, bütün bunlar növbəti yumşalmalarda nəzərə alınacaq”.

İnfeksionist Vüqar Cavadzadə isə düşünür ki, həftəsonu ictimai nəqliyyatın işləməməsinin infeksiyanın yayılmasının qarşısını almaqda müəyyən rolu var: “Nümunə üçün deyim ki, Türkiyədə həftəsonu icimai nəqliyyat işləmədiyi vaxtla müqayisədə nəqliyyatın fəaliyyətinin bərpa olunmasından sonra yoluxma sayında 3-4 dəfə artım müşahidə edildi. Eyni zamanda bizdə də bayram günlərində ictimai nəqliyyatın işləməməsi yoluxma sayında azalmaya səbəb oldu. Həftəsonu ictimai nəqliyatın işləməməsi yoluxma sayında aylıq 10-20 faiz azalmayla nəticələnə bilər. Ona görə ictimai nəqliyyatın işləməməsinin yoluxma sayının azalmasında böyük əhəmiyyəti var”.

Mütəxəssis əlavə edib ki, isti yay aylarında sərt karantinə getmək məcburiyyətində qalmamağımız üçün bu günlərdə hər kəsin qaydalara əməl etməsi şərtdir: “Havalar isinir, insanlar yay aylarında təmiz havada gəzməli, istirahət etməlidirlər ki, immun sistemləri aktiv və möhkəm olsun. Bu, növbəti qış ayları üçün orqanizmin hazırlığıdır. Buna görə də qaydalara əməl etmək lazımdır ki, isti yay aylarında sərt karantinə getməklə bağlı məcburiyyət qarşısında qalmayaq”.

Lakin həkim-farmakoloq Müşfiq Hüseynov hesab edir ki, ictimai nəqliyyat normal qaydada işləməli, metro açılmalıdır: “Həftəsonu ictimai nəqliyyatın işləməməsi yoluxma sayına çox az təsir edir. Pandemik dalğa sönmək üzrədir. Yaxın həftələrdə tamamən sönəcək. Ən azı oktyabr noyabr ayına qədər heç bir qorxu yoxdur. İctimai nəqliyyat başda olmaqla ölkədə həyat artıq normallaşmalıdır. İnsanlar küçədə ya maska taxmır, ya da burnundan aşağıda saxlayır, çünki istidir və yaydır. O ki qaldı nəqliyyata, məncə, mütləq həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmalı, metro açılmalıdır”.

Həkim qeyd edib ki, əhalinin çox olduğu qapalı məkanlarda tibbi maska məcburiyyətinin saxlanmasına ehtiyac olsa da, açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılmalıdır: “Market, avtobus və ya metro kimi qapalı yerlərdə mütləq tibbi maska taxılmalıdır. Açıq havada isə maska məcburiyyətini ləğv etmək lazımdır. İnsanlar yayda mütləq dincəlməli, günəşlənməli, dənizə getməli və normal qidalanmalıdır. Bunun üçün insanlara imkan verilməldir. Operativ Qərargah keçənilki səhvini təkrarlamamalıdır”.

Nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, ölkəmizdə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı sistemli nəzarət mexanizmi yoxdur: “Nə qədər müddətdir ki, metronun fəaliyyətini dayandırıblar. Əvəzində də alternativ kimi yerüstü avtobus xətləri yaradıblar. Burada sual olunur ki, eyni sıxlıq avtobuslarda yaranırsa, metronu bağlamağın mənası nədir? Həftəiçi ictimai nəqliyyatın fəaliyyətini məhdudlaşdırmırıqsa, həftəsonu insanların istirahət günlərində ictimai nəqliyyatın dayandırılmasının nə anlamı var? Bu suallara doğru-dürüst cavab verən yoxdur”.

Ekspert hesab edir ki, ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması aradan qaldırılmalıdır: “Bilirik ki, Avopa Çempionatı ilə bağlı Azərbaycana xeyli sayda turist gələcək. Böyük bir futbol yarışması olacaq. İctimai nəqliyyatın dayandırılmasına hansısa lüzum görmürəm. Düşünürəm ki, Operativ Qərargahın növbəti brifinqində ictimai nəqliyyatın həftəsonu hərəkətinin dayandırılması ilə bağlı qərar da aradan qaldırılacaq”.
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb