Ərdoğan və Baydenin Qarabağ razılaşması: - Ağ ev lideri Putinlə görüşə “əlidolu” gedəcək?
Gündəm / Dünya
Oxunub: 400
9 Haz 2021 | 08:40
Ərdoğan və Baydenin Qarabağ razılaşması: - Ağ ev lideri Putinlə görüşə “əlidolu” gedəcək?

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Baydenin 14 iyundakı görüşündən əvvəl Ağ Ev açıqlama yayıb:“İki liderin Şərqi Aralıq dənizi, Suriya, İran, Qarabağ kimi regional mövzularda geniş və əhatəli bir gündəlikləri olacaq”.

ABŞ Prezidentinin milli təhlükəsilik məsələləri üzrə Ceyk Sallivan belə deyib. Qeyd edək ki, Ərdoğan-Bayden görüşündə daha çox ikitərəfli münasibətlər, Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri alması, ABŞ-ın sanksiyalarının ləğvi, NATO-nun gücləndiriulməsi, Suriya böhranı, Vaşinqtonun PKK-ya dəstəyi kimi məsələlərin müzakirə olunacağı ehtimal edilirdi. Ancaq Qarabağ mövzusunun gündəliyə daxil edilməsi Bayden administrasiyasının xarici siyasətində Cənubi Qafqaz regionuna strateji önəm verildiyini göstərir.

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında keçiriləcək görüşdən sonra Türkiyə-ABŞ münasibətlərində son illər müşahidə olunan gərginliyin zəifləyəcəyi gözlənilir.

Baydenin ABŞ-da prezident seçkilərindən əvvəl cənab Ərdoğanın ünvanına söylədiyi fikirlərdən sonra münasibətlərin daha ağır şəkil alacağı ehtimal edilirdi. Amma Bayden administrasiyası Türkiyənin ABŞ və NATO üçün mühüm əhəmiyyət kəsb edən müttəfiq olduğunu başa düşür:

“Ümumiyyətlə, Türkiyə ilə razılaşdırmadan NATO özünün Yaxın, Orta Şərq və Mərkəzi Asiya ilə bağlı planlarını həyata keçirə bilmir. Bu görüşdən sonra Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin azalacağı Əfqanıstandakı NATO hərbi kontingentini Türkiyə hərbçiləri ilə əvəz olunması ilə izah edilir. Türkiyənin hərbi kontingenti Əfqanıstanda yerləşdirilərsə, onun maliyyə xərcləri NATO-nun üzərinə düşəcək. Bu isə Türkiyənin ABŞ-la münasaibətlərində gərginliyin aradan qalxmasına dəlalət edəcək amil kimi qəbul edilir. Yəni ABŞ-ın Türkiyəyə olan münasibətlərində etimad qalmaqdadır. Amerika bu etimadın itirilməməsi üçün əlindən gələni edəcək. Hesab edirəm ki, Avropa dövlətləri də Türkiyə ilə münasibətlərə ABŞ-ın atdığı addımlardan sonra bu kontekstdə yanaşaqlar. Qarabağ məsələsinin, o cümlədən 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyətin Ərdoğan və Bayden arasında müzakirəsinə gəlincə, ABŞ Rusiyanın regionda nüfuzunun artmasından narahatdır. Bunu Baydenin ünvanına söylədiyi ifadələr də göstərdi. Baydenin Putinlə görüşü ərəfəsində Qarabağ məsələsini Ərdoğanla müzakirə etməsi göstərir ki, ABŞ bölgədə gedən prosesləri diqqət mərkəzində saxlayır və NATO üzrə müttəfiqi olan Türkiyə vasitəsilə bölgədəki proseslərə təsir imkanlarını artırmağa çalışacaq. Bu da anlaşılandır”.

Ekspert bildirib ki, Türkiyənin Vətən müharibəsində Azərbaycanın yanında olması, ona siyasi, mənəvi və müəyyən mənada hərbi dəstək verməsi Ermənistan üzərində qələbəni təmin etdi:

“Buna baxmayaraq, münaqişə zonasına Rusiya sülhməramlılarının yeridilməsi, Türkiyənin və NATO-nun vasitəçilik imkanlarından kənarda qalması ABŞ-ı narazı saldı. Ona görə də Vaşinqton Türkiyə vasitəsilə Mərkəzi Asiyada və Əfqanıstanda olduğu kimi Cənubi Qafqazda da təsir imkanlarının artmasında maraqlıdır. Yəqin ki, bu məsələlər müzakirə olunacaq. Bayden-Putin görüşündən sonra tərəflərin bir-birinin təsir dairəsində razılaşdırmadan addımlar atmayacağına dair öhdəliklərin götürüləcəyi ehtimal edilirdi. Lakin Ağ Evin rəhbərinin Türkiyə Prezidenti ilə aparacağı danışıqlar göstərir ki, Bayden Putinlə görüş ərəfəsində bu məsələlərə düzəliş etmək fikrindədir. Əgər iki dövlət başçısı arasında razılaşma əldə olunarsa, ABŞ və Rusiya prezidentilərinin görüşündə Cənubi Qafqazla bağlı məsələlərin perspektiv müzakirə imkanlarına da aydınlıq gətiriləcək”.

Qeyd edək ki, Ərdoğan Baydenlə görüşdən bir gün sonra Azərbaycana rəsmi səfər edəcək. Hətta onun Şuşa şəhərinə gedəcəyi də bildirilir. Eyni zamanda, Türkiyə generallarının Bakıya səfəri və hərbi əməkdaşlığın genişlənməsi fonunda Prezident Ərdoğanın Azərbaycanda ciddi mesajlar verəcəyi proqnozlaşdırılır. Bu isə Türkiyənin regionda geosiyasi fəallığını artırmaq cəhdlərindən xəbər verir.

Elşən Manafov hesab edir ki, Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın NATO ilə yaxınlaşması anlamına gəlir. İki ölkə arasında hərbi-texniki əməkdaşlığın artırılması gözlənilsə də, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi inandırıcı görünmür:

“Çünki Azərbaycan Qoşulmama Hərəkatına üzvdür. Azərbaycan qanunvericiliyi də xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsinə icazə vermir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya ilə münasibətlərə ehtiyatla və təmkinlə yanaşır. Türkiyə NATO üzvü olduğuna görə, Şimali Atlantika Alyansının hərbi bazalarının Azərbaycanda görünməsi İranı da məmnun etməyəcək. Nəticədə, rəsmi Bakı iki mühüm qonşusu ilə münasibətlərə xələl gəlməməsi üçün NATO hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsinə razı olmaz. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daha çox Azərbaycan ordusunun modernləşdirilməsi ilə bağlı ola bilər. Türkiyənin regionda geosiyasi aktivliyinin artması Şuşada konsulluğun açılması, Şuşanın təhlükəsizliyinin təmin olunması, diplomatik-siyasi münasibətlərin inkişaf etdirilməsi baxımından da mühüm hadisə ola bilər”.
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ