Şeyxülislam II Qareginin Xankəndiyə səfərini pislədi
Gündəm / Cəmiyyət
Oxunub: 375
9 Haz 2021 | 17:14
Şeyxülislam II Qareginin Xankəndiyə səfərini pislədi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.

Bəyanatda deyilir:

"Uca Yaradan qarşısında din xadimi olaraq mənəvi məsuliyyətimdən çıxış edərək aşağıdakıları bəyan edirəm.

30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin, qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu, dövlətlə birlik əzminə, Haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hal-hazırda bölgənin, o cümlədən, Ermənistanın da iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

Bir Olan Yaradınımız, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini liderləri sülh, əmin-amanlıq, problemlərin ədalətli həlli naminə davamlı səy göstərməyə sövq edir. Hazırkı vəziyyətdə hərbi yola qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Sülh və anlaşma yolu asan deyil və güclü iradə, xoşməramlı səylərin birləşdirilməsini tələb edir. Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır.

Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!".
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur