Əli Əsədovdan yeni tədris ilinin başlaması ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Oxunub: 26
22 Eyl 2021 | 10:54
Əli Əsədovdan yeni tədris ilinin başlaması ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında qərar qəbul edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. 2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənir.

2.2.Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide- miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar- epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:

2.2.1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

2.2.2.digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;

2.2.3.bu Qərarın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri.”.

1.2.Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1.Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumat- landırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.”.

1.3.2.4-cü, 2.5-ci, 2.6-cı, 4.5-ci, 5.13-cü və 6.4-cü bəndlər ləğv edilsin.

1.4.Aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10.Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.”.

1.5.4.1.1-ci yarımbənddə “olduğu müəyyən edildikdə, onların” sözləri “olan, yaxud respirator əlamətləri olanların” sözləri ilə əvəz edilsin.

1.6.Aşağıdakı məzmunda 4.1.1-1-ci yarımbənd əlavə edilsin: “4.1.1-1. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır;”.

1.7.4.1.3-cü yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.

1.8. 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü, 4.3.2-ci, 4.3.4-cü, 4.4.1-ci, 4.6.2-ci, 4.7.7-ci və 4.11.8-ci yarımbəndlər ləğv edilsin.

1.9.4.2.4-cü yarımbəndin birinci cümləsində “tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən” sözləri “tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.)” sözləri ilə əvəz edilsin.

1.10.4.2.5-ci yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.

1.11.4.3.1-ci yarımbəndə “məktəbəqədər” sözündən sonra “, məktəbdənkənar” sözü əlavə edilsin.

1.12.4.6.1-ci, 4.7.3-cü və 4.7.8-ci yarımbəndlər və 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“4.6.1.dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır;

4.7.3.ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir;

4.7.8. müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.

4.9. Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1. yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
4.9.2. təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
4.9.3. ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
4.9.4. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
4.9.5. yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
4.9.6. yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
4.9.7. yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
4.9.8. təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.”.
1.13. 4.12-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman,
akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.”.
1.14. 5.2-ci bəndin ikinci cümləsində “etməli və tibb müəssisəsi tərəfindən təhsil alanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
2. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 1, maddə 95) ləğv edilsin.

Dün, 17:25
Noyabrda 10 gün İŞ OLMAYACAQ
Dün, 16:45
Siyavuş Novruzova AĞIR İTKİ
Dün, 15:00
Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI
Dün, 14:45
Azərbaycanda daha 1850 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb - FOTO
Dün, 14:34
Bu sənədi olanlar da ali məktəblərə daxil ola biləcək
Dün, 13:58
İlham Əliyev: "Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib"
Dün, 13:44
Milli Məclisdən yeni qərar: Vətəndaşlar bu rüsumdan azad edilir
Dün, 13:25
Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - VİDEO
Dün, 12:57
Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatıldı
Dün, 12:13
“Müstəqillik Günü haqqında” sənəd qəbul edildi
Dün, 11:51
Bez bağlamaq oğlan uşaqlarında sonsuzluq yaradır? – AÇIQLAMA
Dün, 11:26
Ordumuzun giziri İNTİHAR ETDİ
Dün, 10:31
Bakıda dilənən uşaq narkotik maddə qəbul edir? - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
Dün, 10:00
Azərbaycanda alimin dissertasiyası plagiat çıxdı, elmi dərəcəsi ləğv olundu
Dün, 09:28
Kanadanın yeni hökumətinin tərkibi bu tarixdə açıqlanacaq
Dün, 07:59
Erməni silahlıları arasında atışma, ölən var - Müdafiə Nazirliyi
14-10-2021, 17:35
Füzuli istiqamətində ermənilərin PUA-sı ələ keçirildi - Foto
14-10-2021, 16:51
Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı - STATİSTİKA
14-10-2021, 14:53
Prezident yol tikintisinə 3,3 milyon manat ayırdı
14-10-2021, 14:37
Azərbaycanda şirkət rəhbəri HƏBS EDİLDİ
14-10-2021, 14:16
Ramil Usubov türkiyəli həmkarı ilə görüşdü
14-10-2021, 13:47
"Məmur fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq" - Deputat
14-10-2021, 13:12
Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif etdi - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
14-10-2021, 11:32
Xəstə uşaqlar məktəb və bağçalardan təcrid olunmalıdır - AÇIQLAMA
14-10-2021, 11:12
Fransada daha bir məscid bağlanır - İslama yer yoxdur
14-10-2021, 10:16
3 il həbsdə qalan MTN polkovnikinə BƏRAƏT VERİLDİ
14-10-2021, 09:52
Ermənilər Qarabağı birdəfəlik tərk edir - VİDEO