Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə - VİDEO
Gündəm / Video
Oxunub: 999
4 Ara 2019 | 15:54
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə - VİDEO

Azərbaycanda sərhədyani ərazilərdə yaşayan kənd sakinləri üçün səciyyəvi bir məşğuliyyət növü var ki, bu da qonşu ölkələrdən ərzaq məhsulları və digər məhsulların ölkəmizə gətirilməsidir. Kəndlilər bununla da həm xırda ticarətlə məşğul olur, həm də öz zəruri tələbatlarını ödəyirlər. Xüsusən, ölkənin cənub bölgəsində yaşayan kənd sakinləri İranda ərzaq məhsullarının xeyli ucuz və sərfəli olduğunu deyirlər. Ona görə də kəndlilər ayda bir dəfə İranın Azərbaycanla sərhəddə yerləşən rayonlarının bazarlarına üz tutur və bir aylıq ərzaq tədarüklərini görürlər.

Qaynarinfo-nun apardığı araşdırmalar onu deməyə əsas verir ki, sərhədyani kəndlərin sakinləri daha çox qış aylarında qonşu ölkələrin ucuz ticarət bazarlarına üz tuturlar. Xüsusən, İranın bazarlarında gündəlik istifadə üçün yağ, çay, bal, meyvələr xeyli ucuzdur. Eyni zamanda, İran bazarlarında yuyucu vasitələr sərfəli qiymətə satılır. Misal üçün, aylıq büdcəsi zəif olan kəndlilər düşünür ki, Azərbaycanda baha qiymətə keyfiyyətli yuyucu vasitələri almaqdansa, İrandan keyfiyyəti aşağı olsa da ucuz qiymətə yuyucu vasitəsi almaq sərfəlidir.

Təbii ki, qonşu ölkələrdən ərzaq ve qeyri-ərzaq məhsulların alışı ölkə iqtisadiyyatı üçün arzuolunan hal deyil. Çünki, xırda ticarətlə məşğul olanlar qonşu ölkələrdən gətirdiyi məhsullara görə heç bir rüsum və vergi ödəmirlər. Amma məlumdur ki, kəndlilər də bunu özlərinə sərfəli olduğu üçün edirlər. Digər tərəfdən bunu gündəlik iş kimi həyata keçirərək xırda ticarətlə məşğul olanların da sayı az deyil.

Azərbaycana rəsmi şəkildə idxal olunan və ölkədə istehsal olunan məhsulların ümumi həcmində bu xırda ticarətçilərin gətirdiyi məhsulların payı olduqca cüzi olduğundan hər hansı sərt tədbirlərin həyata keçirilməsinin lüzumsuz olduğu görünür. Lakin, yuxarıda qeyd olunan məhsullarla yanaşı bəzən narkotik və yanacaq qaçaqmalçılığı halları da müşahidə olunur.

Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi tərəfindən vaxtaşırı narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin aşkarlanması ilə bağlı mətbuatda məlumatlar dərc olunur. Lakin qaçaqmalçılığın bir istiqaməti də Azərbaycanın strateji məhsulu olan neft və neft məhsullarının qonşu ölkələrə aparılmasıdır. Bununla bağlı apardığımız araşdırmalar Rusiya və Gürcüstanla sərhədyanı məntəqələrdə ölkədən dizel çıxarılmasının şəbəkələşmiş formada həyata keçirldiyini göstərdi. Təbii ki, Azərbaycanda dizelin qiymətinin Rusiya və Gürcüstanla müqayisədə çox aşağı səviyyədə olması bəzi işbazları cəlb etməyə bilməzdi. Görünən odur ki, onlar da bu qiymət fərqindən maksimum yararlanmaq üçün bütün vasitələrə əl atırlar.

Ərzaq və qeyri-ərzaq məhsullarının xırda ticarət üçün gətirilməsi Azərbaycan iqtisadiyyatı, idxal-ixrac balansı üçün nəzərəçarpacaq təsirə malik olmasa da, şəbəkələşmiş formada dizelin ölkədən çıxarılmasının yerli iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərdiyini demək olar. Çünki Gürcüstan və Rusiya ilə sərhəd ərazisində yerləşən rayonlarda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin dizel yanacağı bölməsi dayanmadan qaçaqmalçıların sifarişləri üçün çalışmaqdadır.

Qaynarinfo
Bugün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Bugün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Bugün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Bugün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Bugün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Bugün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Bugün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Bugün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bugün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Bugün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır