xeberler.org
xeberler.org

HİKMƏT MÜƏLLİM , SİZİN FƏDAKAR ƏMƏYİNİZ SAYƏSİNDƏ

Dün, 20:50 41 dəfə baxılıb



Sosial şəbəkələrdə tez-tez ölkəmizin dünəni və bu günü, xarici və daxili siyasəti ilə bağlı ürəkaçan yazılar verilir. Oxuduqca Azərbaycanımızın bir vətəndaşı kimi məndə milli qürur və milli iftixar hissləri daha da qüvvətlənir. Çox zaman həmin yazıları toplayaraq sosial şəbəkəyə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı təqdim edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın rifahı, ölkəmizin dünya dövlətləri arasında özünə layiqli yer tutması, respublikamızın çiçəklənməsi naminə gördüyü işlər barədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı məlumatları vaxtaşırı diqqət mərkəzinə gətirir.
Bu mənada Yeni Azərbaycan Partiyasının digər rayon təşkilatları ilə müqayisədə Pirallahı rayon təşkilatı fəallığı ilə seçilir. Bu, təsadüfi deyildir.
Çox hörmətli Hikmət Şikarov! Çünki Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına Sizin kimi qabiliyyətli, üzvü olduğunuz partiyaya, Azərbaycan dövlətçiliyinə sədaqətli bir şəxs rəhbərlik edir!
Hikmət müəllim!
Sizin çıxışlarınız öz orijinallığı, səmərəliliyi və faydalılığı ilə diqqəti cəlb edir.
Bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən uca zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlətimizin başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır. Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir.
Sözlərinizdə dərin həqiqət var.
YAP-ın Pirallahı RT rayonda rəngarəng tədbirlər həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi ilə bağlı rayon İcra hakimiyyəti və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə təşkil etdiyi tədbir nümunə göstərilə bilər.
Hörmətli Hikmət müəllim!!!
Siz işgüzar, bacarıqlı, vətənpərvər, xeyirxah bir insansınız! İnanırıq ki, bundan sonra da Pirallahı rayonunun tərəqqisi və inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu şərəfli yolda Sizə uğurlar diləyirəm!.

HÖRMƏTLƏ: OFELYA BABAYEVA.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA