xeberler.org
xeberler.org

“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY

4-08-2020, 11:46 12 dəfə baxılıb



"Şikayətim Azpetrol-un Bərdədə yerləşən YDM-dəndir. Məsələ belədir, mən yanacağı əksər hallarda pos-terminalla alıram. Bu YDM-də isə kartımdan məbləği çıxmamış benzin vurmadılar maşına”.

Bunu Azpetrol YDM-lərdə yaşanan özbaşınalıqlara etiraz edən Tural Rəhimli yazıb. O, üzləşdiyi anlaşılmazlıqla bağlı sual etdikdə isə ona deyiblər ki, Azpetrolun bütün YDM-də qayda budur:

"Dedilər, əvvəlcə ödəniş edilməli, sonra yanacaq vurulmalıdır. Deyirəm yaxşı, mən avtomobilin bakını yanacaqla tam doldurmaq istəsəm pulu necə alacaqsınız? Bildirdilər ki, o halda kartınızdan 100 AZN çıxılacaq, sonra benzin vurulacaq, daha sonra artıq qalan pulunuz karta geri qaytarılacaq”. //teref.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA