xeberler.org
xeberler.org

LƏYAQƏT NÜMUNƏSİ

6-08-2020, 15:50 113 dəfə baxılıb



Haqqında söz açdıgım şəxs Vətənimin Vətənpərvər oğlu, Şikarovlar nəslinin layiqli davamçısı Hikmət Şikarovdu... .

İnsandır dünyanın ən saf incisi
Demə hər parlayan daşa inci ki ,
Xələl gətirməsin bu ad insana.
İnsandır yaraşıq bil ki cahana.
Dünyanın ən ali varlığı insan,
Bəzəkdir dünyaya yaranışından.
Hikmət müəllim, qədim Şamaxı torpağında əsilli-nəsilli bir ailədə dünyaya göz açıb, boya-başa çatmışdı.
Babası Heybət Məzi nəvəsi Şikarov Şamaxıda (Qobustanda) sayılıb-seçilən kişilərdən olub. Uzun müddət məktəb direktoru olmaqla, arada dörd il yaşadığı kənddə kolxoz sədri olmuşdur. İşlədiyi hər iki sahədə böyük uğurlara nail olmuşdur. Bu uğurları ona bütün Şamaxı yurdunda böyük hörmət və nüfuz qazandırmışdı. Çörəkverən olmuşdu.
O, dünyasını dəyişəndə el-oba kədərə bürünmüşdü. Elə ölüm var ki, ağrı-acısı bir anlıq, bir günlük olur. Elə ölüm də var ki, göynərtisi illərlədir. Eldə məsəl var, deyərlər ki; "Adam var evdən gedər, adam var eldən!" Heybət kişi təkcə bir evin, bir ailənin, bir tayfanın itkisi deyildi. O, el adamı idi, el üçün yaşayırdı, el də onu əbədi yaşadır...
İkinci Dünya Müharibəsinin məşəqqətlərindən çıxmış Heybət kişi kimi, nəvəsi Hikmət müəllim də müharibə iştirakçısıdı, özü də iki müharibənin - Əfqanıstan və Qarabağ müharibələrinin od-alovundan çıxmışdır. O, müharibələrdə fədakarlıqla vuruşmuşdur və müxtəlif döyuş medalları ilə təltif edilmişdir.
O dostluğu sevir və onu qiymətləndirirdi.Yaxşı bilir ki,dostluq paklığın, saflığın üzərində qurulur
Döyüşlər zamanı bir səngərdə vuruşduğu Milli Qəhrəman Bəxtiyar Allahverdiyev, Əfqanıstan Veteranlar cəmiyyətinin üzvü Musa Həsənli belə dostlardandir. Hikmət müəllim onlarla fəxarət və qürur duyur!
Hikmət müəllim aldığı ali təhsildən sonra, həyatının işgüzar fəaliyyəti başlayır. Harada işlədisə uğur onun ardınca oldu.
Məhz bu uğurlar onu YAP-nın sıralarına gətirdi. Tezliklə təşkilatçılığı ilə seçilən Hikmət müəllim YAP-nın Pirallahı
rayon şöbəsinin sədri seçildi. Bu vəzifəsində də, işlədiyi rayonun ərazisində partiyanın ideoloji kursunu yüksək səviyyədə həyata keçirdərək, YAP-nın mərkəzi rəhbərliyinin və ölkə prezidenti İlham Əliyevin ehtimadını qazandı. Bu ehtimadla da yaxınlarda onu doğulduğu Şamaxı rayonun İHB-nın birinci müavini təyin etdilər. Yeni məsul vəzifədə özünü göstərəcəyinə əminəm. Çünki bir el məsəlinə rəğmən: "Adam var öz evi üçün yaşar, adam var bir el üçün yaşar!" Hikmət müəllim də bu qəbildən olan insanlardandır.
Hikmət müəllimin simasının əhval-ruhiyyəsində nikbinlik, səmimilik, alicənablıq, insanlara sonsuz inam və sevgi onu rayonda təsərrüfat işləri və abadlıq aparması ilə bərabər, müasir texnoloji yeniliklərin tətbiqi ilə, rayonun iqtisadi inkişafının təmin edilməsində bilik və bacarığını əsirgəmədən yeni nailiyyətlərə imzasını atacaq. Çünki Hikmət müəllim ixtisasca hüquqşünas olsa da, onun ensiklopedik biləyə malik olması, buna inam yaradır.: "İnsan yer üzünün əşrəfidir", deyiblər. Hikmət müəllim, adına uyğun bu dərin hikməti öz əməlində ifadə edir. Dövlətini, millətini, el-obasını, dilini və dinini sevən vətənpərvər insandır!
Dövlətçiliyə sadiq və Prezidentə bağlı bir insandır, Hikmət müəllim. Çalışdığı vəzifələrdə daima vicdanla, şərəflə, məsuliyyətlə yüksək səviyyədə yerinə yetirmişdir. Nümunəvi ailə başçısı, övladlarına yaxşı ata, gözəl həyat yoldaşıdır, Hikmət müəllim.
Hikmət müəllim davranış və təvazökarlığı ilə, onu tanıyanların sevgisini qazanıb. Vətənpərvər bir ziyalı kimi böyük nüfuz sahibidir.
Bundan sonra da işlərinizdə, mənalı həyatınızda sizə yeni-yeni uğurlar arzulayırıq!
Tanrı yar və yardımçınız olsun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA