xeberler.org
xeberler.org

Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb

16-01-2020, 18:32 7 dəfə baxılıb

Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb

Rusiya Federasiyasının Komi Respublikasının Daxili İşlər naziri Viktor Polovnikov rüşvət almaqda şübhəli bilinərək həbs olunub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Komi Respublikasının İstintaq Komitəsinin rəsmi saytında məlumat verilib.

"Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə istintaq orqanları, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinən Komi Respublikasının Daxili İşlər nazirinə qarşı cinayət işi açıb. Şübhəli şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxılır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, V.Polovnikov 2015-ci ilin may ayından bu vəzifədə çalışıb.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA