xeberler.org
xeberler.org

Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR

18-01-2020, 10:59 9 dəfə baxılıb

Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR

Meksikada Müdafiə Nazirliyinin patrulu Tamaulipas ştatında hücuma məruz qalıb.

Cebhe.info xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, Tamaulipas ştatının Reynosa-Miqel Aleman şossesi ilə hərəkət edən patrul dəstəsinə silahlı mülki şəxslər hücum edib.

Məlumata əsasən, hadisə zamanı 11 hücum edən şəxs məhv edilib. Toqquşma yerində 11 ədəd “Kalaşnikov” avtomatı və partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Bu hücumun arxasında hansı cinayətkar birliyin dayana biləcəyi hələ məlum deyil.

Qeyd edək ki, ştat Meksikanın ən təhlükəli regionlarının siyahısına başçılıq edir. İlin başlanğıcından ştat ərazisində 65-dən çox polis əməkdaşı öldürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA