xeberler.org
xeberler.org

Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb

17-01-2020, 09:17 6 dəfə baxılıb

Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başlayıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA