xeberler.org
xeberler.org

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

22-06-2020, 17:54 9 dəfə baxılıb


“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

O.Musayev dünən gecə həyatını itirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA