xeberler.org
xeberler.org

Vilayət Eyvazov post komandirini İŞDƏN ÇIXARDI

23-06-2020, 18:09 12 dəfə baxılıb



Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb.

Oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA